IQNA

Astananın beynəlxalq məktəbində Novruz bayramı keçirildi

23:51 - March 19, 2019
Xəbər sayı: 3484870
Mərasimdə Özbəkistan, Tacikistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstan millətlərinin nümayəndələri öz ölkələrində keçirilən Novruz adət və ənənələri barədə məlumat veriblər.

Astananın beynəlxalq məktəbində Novruz bayramı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın paytaxtı Astana şəhərinin müxtəlif millətlərin təhsil aldığı elm ocağında Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Mərasimdə Özbəkistan, Tacikistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstan millətlərinin nümayəndələri öz ölkələrində keçirilən Novruz adət və ənənələri barədə məlumat veriblər.

Dünən, həftənin birinci günü, 18 Mart 2019-cu il, keçirilən mərasimdə İran İslam Respublikasının Astanadakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əli Kibriyayizadə də iştirak edib.

O mərasimdə çıxış edərək deyib: Novruz dostluqları möhkəmləndirmək üçün bir fürsətdir. Bu dostluğa insanlar bu gün hər zamandakından daha çox ehtiyaclıdırlar.

O əlavə edib: Novruz insanın dostcasına yaşamasını və sülhsevərliyini ehtiva edən bir təfəkkürdür.  

Mərasimdə çıxış edən digər iştirakçı Özükbay Barujan deyib: Novruz bayramı keçirilən ölkələrin Novruz ayinləri ilə tanışlığı bir zərurət hesab edirəm. Çünki Novruz dostluq mesajı daşıyan bir bayramdır. İnsani dəyərləri əsrlərdir ki, dünyanın bir hissəsində yaşadır. Novruzun uzun əsrlər yaşamasının sirri budur ki, Novruz təkcə bir adət deyil. Çünki bütün adətlər dini, siyasi, iqtisadi və sosial dəyişikliklər zamanı köhnəlir və mahiyyətini dəyişir. Novruz isə heç vaxt dəyişməyib, çünki Novruz mədəniyyəti insanların həqiqi mənəvi ehtiyacını ehtiva edir.

http://iqna.ir/fa/news/3799036

captcha