IQNA

Belarusiya Dövlət Universitetində Novruz tədbiri keçirilib

18:39 - March 24, 2019
Xəbər sayı: 3484882
Belarusiya Dövlət Universitetində Norvruz bayramı keçirən müxtəlif ölkələrin tələbələrinin iştirakı ilə Novruz tədbiri keçirilib. Mərasimdə müxtəlif ölkələrdən olan üç yüz tələbə iştirak edib.

Belarusiya Dövlət Universitetində Novruz tədbiri keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belarusiya Dövlət Universitetində Norvruz bayramı keçirən müxtəlif ölkələrin tələbələrinin iştirakı ilə Novruz tədbiri keçirilib.

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi, İran İslam Respublikası Səfirliyi, İran İslam Respublikası Dostluq Evi, Tələbələrin İslami Birliyi və digər Novruz bayramı keçirən ölkələrin səfirliklərinin həmkarlığı ilə keçirilən bayram tədbirində 300 nəfər tələbə iştirak edib.

Bayram mərasiminə Novruz bayramı keçirən ölkələrin tələbələrindən əlavə digər ölkələrin tələbələri, universitetinin məsulları və yerli Belarus xalqı da qatılıblar.

Novruz tədbirində müxtəlif ölkələrin nümayəndələri öz Novruz adətlərini əks etdirən milli musiqilərini səsləndiriblər.

Mərasimin sonunda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi İran xalqının incəsənət əsərləri və əl sənayesindən ibarət sərgi təşkil edib. Müxtəlif ölkələrin qatıldığı bu sərgidə İran milli incəsənət əsərləri və əl sənayesi ilk üç ölkə arasında yer alıb.     

http://iqna.ir/fa/news/3799477

 

Teqlər: novruz ، belarusiya ، iqna
captcha