IQNA

Məscidlərin təhlükəsizliyi üçün "Müsəlman Cəmiyyəti Patrolu" layihəsi icra ediləcək

14:28 - March 25, 2019
Xəbər sayı: 3484886
Bu hədəflə Amerika müsəlmanları "Müsəlman Cəmiyyəti Patrolu" (Muslim Community Partol) layihəsi icra edəcək və polislərə kömək ehtiyacı olan nöqtələrdə dayanacaqlar.

Məscidlərin təhlükəsizliyi üçün İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Dünya Bülteni" informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerika müsəlmanları İslam mərkəzləri və məscidlərin təhlükəsizliyinin qorunmasında bu ölkənin polisinə kömək edəcəklər.

Bu hədəflə Amerika müsəlmanları "Müsəlman Cəmiyyəti Patrolu" (Muslim Community Partol) layihəsi icra edəcək və polislərə kömək ehtiyacı olan nöqtələrdə dayanacaqlar.

Bu layihə hazırda Amerikanın Nyu-York şəhərinin "Brooklyn" rayonunda uğurla icra edilib. Sınaq mərhələsi müvəffəqiyyətlə başa çatarsa, layihi digər rayonlarda da icra ediləcək.

Amerika müsəlman cəmiyyəti nümayəndələri Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə edilən terror hücumundan sonra bu layihəni həyata keçirmək qərarına gəliblər.

http://iqna.ir/fa/news/3799599

 

 

 

 

captcha