IQNA

Rumıniya və Honduras səfirliklərini Qüdsə köçürürlər

23:44 - March 25, 2019
Xəbər sayı: 3484888
İşğalçı və sionist İsrail rejiminin media dairələri və sosial mətbuatı Rumıniya və Honduras respublikalarının öz səfirliklərini Tel-Əvivdən Qüdsə köçürəcəkləri barədə məlumat yayıb.

Rumıniya və Honduras səfirliklərini Qüdsə köçürürlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı və sionist İsrail rejiminin media dairələri və sosial mətbuatı Rumıniya və Honduras respublikalarının öz səfirliklərini Tel-Əvivdən Qüdsə köçürəcəkləri barədə məlumat yayıb.

MENA xəbər agentliyinin sionist mətbuatına istinadla verdiyi xəbərə görə, Rumıniya və Honduras respublikaları öz səfirliklərini Qüdsə köçürməyə hazırlaşır.  

Rumıniyanın baş naziri Vaşinqtonda İsrail və ABŞ ümumi əlaqələr komitəsinin konfransından öncə mətbuat ilə müsahibəsində bu barədə danışıb.

Hondurasın prezidenti Juan Orlando Hernández Alvarado elan edib ki, ölkəsinin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə razıdır.

Fələstin Azadlıq Təşkilatının icraçı komitəsinin baş katibi Saib Əriqat bu xəbərə münasibət bildirərək deyib: Rumıniya və Hondurasın bu qərarı qanun dili ilə danışmağın yerinə meşə qanunlarını qüvvəyə mindirən bir addımdır.

http://iqna.ir/fa/news/3799657

Teqlər: iqna ، honduras ، rumıniya ، tel-əviv ، qüds
captcha