IQNA

Şeyx Zəkzəkinin məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salındı

13:01 - March 26, 2019
Xəbər sayı: 3484891
Nigeriyada martın 25-i Kaduna Ali Məhkəməsində baxılan Şeyx Zəkzəkinin işinin qeyri-müəyyən vaxta qədər təxirə salındığı bildirilib.
Şeyx Zəkzəkinin məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salındıİQNA-nın (Beynəlxalq Quran  Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyada martın 25-i Kaduna Ali Məhkəməsində baxılan Şeyx Zəkzəkinin işinin qeyri-müəyyən vaxta qədər təxirə salındığı bildirilib.
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki,  Kaduna Ali Məhkəməsi bu gün (25 mart) Şeyx Zəkzəki və xanımı Zinətuddin İbrahimin işinə baxmalı idi. Ancaq məhkəmə hakimi Gideon Kudafanın Yobe əyalətində seçki ərizəsi məhkəməsinin üzvü kimi təyin olunmasından sonra məhkəmə iclası təxirə salınıb.
Şeyx Zəkzəki adam öldürmə, qanunsuz toplaşma və ictimai asayişin pozulması daxil olmaqla 8 cinayət üzrə ittiham olunur.
Sonuncu məhkəmə iclasında Kaduna Ali Məhkəməsi Kaduna ştatının rəhbərliyindən Şeyx Zəkzəki və xanımının tibbi xidmətlə təmin edilməsi barədə qərar vermişdi.
Teqlər: iqna ، zəkzaki ، nigeriya
captcha