IQNA

Boko-Haram bir həftədə 102 nəfəri öldürdü

23:37 - March 26, 2019
Xəbər sayı: 3484894
Nigeriyada Boko-Haram terror təşkilatının törətdiyi terror hadisələri və cinayətləri nəticəsində bir həftə ərzində 102 sivil vətəndaş həyatını itirib.

Boko-Haram bir həftədə 102 nəfəri öldürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyada Boko-Haram terror təşkilatının törətdiyi terror hadisələri və cinayətləri nəticəsində bir həftə ərzində 102 sivil vətəndaş həyatını itirib.

Keçən həftə Boko-Haram terroristləri ölkənin Mişika əyalətinə hücum edərək əksəriyyəti xristian olan bu kəndi qarət edib və yandırıblar.

Boko-Haram terrorçularının Kaduna əyalətinə hücumu nəticəsində 50 nəfər həyatını itirib və 140 ev dağıdılıb.

Habelə bu terroristlərin Muru rayonuna hücumu nəticəsində 52 nəfər sivil vətəndaş öldürülüb. Onların çoxu qadın və uşaqlar olub.

Rəsmi hesabata görə, 2018-ci ildə Boko-Haram terroristləri əksəriyyəti xristian olan 500 nəfəri qətlə yetiriblər.

Qeyd edək ki, Boko-Haram terrorist təşkilatı 2003-cü ildə terror fəaliyytinə başlayıb. Onların əsas qərargahı Nigeriyanın şimal şərqində Miyaduguri şəhəridir. Bu terrorçular 50 faizi müsəlman və 40 faizi xrisitan olan ölkədə heç kimə rəhm etmir və insanları faciəli şəkildə qətlə yetirirlər. Onlar həm məscidləri və həm də kilsələri partladırlar.

http://iqna.ir/fa/news/3799841

Teqlər: iqna ، boko haram ، nigeriya
captcha