İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq Nazirlər Şurasının Katibliyi bəyaniyyə yayaraq elan edib ki, iranlı vətəndaşlar bu gündən etibarən (1 Aprel 2019-cu il) İraqa pusluz viza əldə edə biləcəklər.
Bəyaniyyədə deyilir ki, İraq dövləti bu addımı İran dövlətinin iraqlı vətəndaşlara vizanı pusluz etməsi siyasətinə qarşılıqlı cavab olaraq atıb.
İran İslam Respublikasının İraqın paytaxtı Bağdad şəhərindəki səlahiyyətli səfiri bu xəbəri təsdiq edib. O həmçinin bildirib ki, İrana səfər etmək istəyən iraqlı vətəndaşlar da eyni tarixdən etibarən pulsuz viza alacaqlar.
Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhaninin 2017-ci ildə İraqa səfəri zamanı Bağdad və Tehran arasında belə bir razılaşma əldə edilmişdi.
http://iqna.ir/fa/news/3800649