IQNA

‘Tağutun bugünkü nümunəsi ABŞ və onun əlaltılarıdır’ - Ayətullah Xamenei

23:32 - April 03, 2019
Xəbər sayı: 3484927
İran İslam İnqilanın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei: "Bəzilərinin düşmən qazanmamaqla bağlı tövsiyəsi yanlışdır. Çünki tağut cəbhəsi tövhid hərəkatının mahiyyəti ilə müxalifdir".

‘Tağutun bugünkü nümunəsi ABŞ və onun əlaltılarıdır’ - Ayətullah XameneiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): "Bəzilərinin düşmən qazanmamaqla bağlı tövsiyəsi yanlışdır. Çünki tağut cəbhəsi tövhid hərəkatının mahiyyəti ilə müxalifdir". - Bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei "Məbəs" bayramı münasibətilə  hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də bir qrup şəhid ailələri  görüşündə deyib.

Görüş iştirakçılarını və dünya müsəlmanlarını Məbəs bayramı münasibətilə təbrik edən Ayətullah Xamenei “Məbəs”i və  peyğəmbərlərin müxtəlif cəmiyyətlərdə zühurunu “tövhid və bəndəçilik”, “tağutdan çəkinmək” məqsədilə böyük bir hərəkətin yaranması kimi dəyərləndirib. “Tağut, əslində, tövhid qarşısında duran bir cərəyandır. Onun bugünkü  xarici nümunəsi ABŞ və bəzi digər ölkə rəhbərləridir.”

Peyğəmbərlərin besətində yeni sivilizasiya və dəyərli bir cəmiyyətin formalaşdırılmasının nəzərdə tutulduğunu vurğulayan Ayətullah Xamenei  bildirib ki, bu sivilizasiyada  bütün lazımi vasitələr, o cümlədən, elm,  əxlaq,  həyat tərzi və hətta müharibə də mövcuddur. “Bəziləri elə düşünürlər ki, İslam  müharibəni məhv etmək üçündür. İslamda da  müharibə anlayışı var.  Lakin önəmli məsələ  bu müharibənin istiqamətidir.  Çünki  tağut  cərəyanı  fəsad,  hegemonluq,  çirkli məqsədlər üçün müharibə edir. Bu növ müharibə pislənilib, tağut qarşısında müharibə isə  bəyənilib. Sionist rejimin uzun illər ərzində  təcavüzkarlıqları  tağut cərəyanının  müharibəni alovlandırmasına  aşkar nümunədir. Onun qarşısında Fələstinlilərin və Hizbullahın müqaviməti, eləcə də İran xalqının Səddam rejimi qarşısında səkkiz illik  müdafiəsi Allah yolunda cihadın bariz nümunəsidir”. 

 Ayətullah Xamenei bildirib ki, İslam Respublikası ilə düşmənçiliyin əsas səbəbi  tağut cəbhəsi ilə  tövhid cəbhəsinin  düşmənçiliyinin davamıdır. “Bəzilərinin düşmən qazanmamaqla bağlı tövsiyəsi yanlışdır. Çünki tağut cəbhəsi tövhid hərəkatının mahiyyəti ilə müxalifdir.  ABŞ sizdən istəyir ki, İslamdan əl çəkəsiniz. Amerikanın nökərləri, misal üçün, Səudiyyə Ərəbistanı da bunu istəyir. Bu tövhid və tağut savaşında Allahın istədiyi şəxs qalib gələcək. Əgər İran xalqı indiyədək   hərəkət etdiyi kimi  yolunu davam etdirərsə,  əmin olun  ki, düşmənlərə – ABŞ və onun əlaltılarına qələbə çalacaq. Əlbəttə, bu nəticəyə çatmaq üçün Allah yolunda cihaddan əl çəkməmək,  sədaqətli olmaq və səhlənkarlığa yol verməmək lazımdır.”

Ali Rəhbər İranda baş verən güclü sel fəlakətinə toxunaraq bildirib ki, baş verən fəlakətin aradan qaldırılması üçün hələ çox işlər qalıb:  "Mən dövlət rəsmilərinə və vəzifəli şəxslərə tapşırmışam ki, əsas vəzifələri seldən əziyyət çəkənlərə yardım etməkdir; ailələrə kompensasiya ödənilməli, yaşayış yerləri bərpa olunmalıdır. Xalqa dəyən ziyanlar kompensasiya edilməlidir. Əlbəttə, xalq da bu işdə dövlət rəsmilərinə kömək etməlidir. Çünki onların köməyi, həqiqətən, həlledicidir". /leader.ir/

captcha