IQNA

Müsəlman fotoqraf ABŞ-da dinlər barədə xəbər mükafatını qazandı

7:51 - April 17, 2019
Xəbər sayı: 3485001
Amerikada İslam, Xristianlıq və Yəhudilik dinləri barədə xəbərləri işıqlandıran jurnalistlərə ildə bir dəfə "Qoldziher Mükafatı" verilir. 2019-cu ilin mükafatını müsəlman qadın fotoqraf əldə edib.

Müsəlman fotoqraf ABŞ-da dinlər barədə xəbər mükafatını qazandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada İslam, Xristianlıq və Yəhudilik dinləri barədə xəbərləri işıqlandıran jurnalistlərə ildə bir dəfə "Qoldziher Mükafatı" (Goldziher Award) verilir.

"Aboutİslam" informasiya portalı xəbər verir ki, "Goldziher 2019" mükafatını amerikalı müsəlman xanım Sana Allah əldə edib. O, Amerikada jurnalist fotoqraf ixtisası üzrə magistr pilləsini başa vurub.

Sana deyir: Bu mükafat Amerikada yaşayan müsəlmanların həyat hekayəsinin dəyərli olduğunu daha çox göstərir. Xüsusi ilə də indiki zamanda ki, amerikalılar müsəlmanların həyat tərzi barədə daha çox söhbət və müzakirə edirlər.

"Mənim fotoqraflıq layihəm müsəlmanların və İslamın çoxları tərəfindən görülməyən və ya görülsə də dərk edilməyən cəhətini sərgiləyir. Ümid edirəm ki, şəkillər vasitəsi ilə İslam dini və müsəlmanlarla qeyri-müsəlmanlar arasında əlaqə körpüsü yarada və dinimizin mahiyyətini göstərə biləcəm.

Qeyd edək ki, "Goldziher2019" fotoqraflıq müsabiqəsinin mövzusu müxtəlif dinlərin ardıcıllarının ümumi ibadət məkanları idi. Sana Allah Amerikada bu 5000 dollarlıq mükafatı qazanan altı nəfərdən biri oldu.

Xatırladırıq ki, İslam dini Amerikada xristianlıq və yəhudilikdən sonra ən çox davamçısı olan dindir. 2017-ci ilin hesabatına görə, Amerikanın 237 milyonluq cəmiyyətinin 1.1 faizini müsəlmanlar təşkil edir.

http://iqna.ir/fa/news/3804395

عکاس مسلمان، برنده جایزه خبری ادیان در آمریکا / آماده

Muslim Photographer Wins Award for Capturing Muslims Praying in Public

Muslim Photographer Wins Award for Capturing Muslims Praying in Public

captcha