IQNA

8:36 - April 17, 2019
Xəbər sayı: 3485002
Bu məktəbdə müxtəlif dövrlərdə minlərlə qız uşağı dərs oxumuşdu. Məktəb Aprel ayının 15-də silahlı hücumçular tərəfindən yandırılaraq məhv edilib. Terrorçular məktəbə bomba qoyaraq partladıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "didpress" informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin birinci günü, silahlı hücumçular Əfqanıstanın qərbində yerləşən Fərah əyalətinin Fərah şəhərinin 20 km-də yerləşən Nüvdə kəndində qızların təhsil aldığı orta məktəbi yandırdılar.

Fərahın məsulları, o cümlədən Məhəmməd Əmizi (Fərah əyaləti qubernatorunun müavini) elan edib: Bu məktəbdə müxtəlif dövrlərdə minlərlə qız uşağı dərs oxumuşdu. Məktəb Aprel ayının 15-də silahlı hücumçular tərəfindən yandırılaraq məhv edilib. Terrorçular məktəbə bomba qoyaraq partladıblar. Hadisəni törədənlərin kimliyi məlum deyil. Təhlükəsizlik qüvvələri bu barədə araşdırmalara başlayıblar.

Məlumata görə, məktəbin bütün sənədləri və kitabları yandırılıb. Bu isə məktəbin məsulları üçün bir çox problemlər yaradıb.

Qeyd edək ki, bu məktəb keçən həftə ərzində Fərah əyalətində yandırlan ikinci məktəbdir. Bundan öncə də Taliban terrorçuları Şəhid Bənövşə məktəbini yandırmışdılar.     

http://iqna.ir/fa/news/3804376

Ad:
E-poçt:
* Comment: