IQNA

Tibb institutunun Quran hafizi tələbəsi mükafatlandırıldı

22:54 - April 20, 2019
Xəbər sayı: 3485015
Misrin Banha universitetinin Tibb institutunun beşinci kurs tələbəsi Zeynəb Məhmud Şəmsüddin 2019-cu ildə ölkə universitetləri üzrə keçirilən Quran hifzi yarışlarında birinci yeri qazanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Banha universitetinin Tibb institutunun beşinci kurs tələbəsi Zeynəb Məhmud Şəmsüddin 2019-cu ildə ölkə universitetləri üzrə keçirilən Quran hifzi yarışlarında birinci yeri qazanıb.

Misrin Banha universitetinin Tibb institutu bu münasibətlə mərasim keçirərək Quran hafizi Zeynəb Məhmud Şəmdüddini mükafatlandırıb.

Mərasimdə Misrin Banha universitetinin Tibb institutunun rəisi Mustafa Qazi, Universitetin tələbələrin işi üzrə rəis müavini Məhəmməd Cövdə, Banha universitetinin Tibb institutunun təhsil məsələləri üzrə rəis müavini xanım İman Bitar və digər məsul şəxslər iştirak ediblər.

Misrin Banha universitetinin Tibb institutunun məsulları Quran hafizi Zeynəb Məhmud Şəmsüddinin yarışlarda parlaq çıxışından xoşhal olduqlarını bildiriblər. Və elan ediblər ki, bütün tələbələri mədəni, elmi və dini sahələrdəki fəaliyyətlərində dəstəkləyirlər.

Qeyd edək ki, Misrin Banha universitetinin Tibb institutunun tələbəsi və Quran hafizi Zeynəb Məhmud Şəmsüddinin bundan öncə də "Cənubul-Vadi" universitetinin Quran və Sünnənin elmi ecazkarlığı toplantısında da elmi məqaləsi ilə iştirak edib.   

http://iqna.ir/fa/news/3804827

پاسداشت دانشجوی پزشکی حافظ قرآن در مصر

 

Teqlər: iqna ، quran ، tibb ، ecazkarlıq ، hafiz
captcha