IQNA

23:24 - April 21, 2019
Xəbər sayı: 3485022
Dünyanın otuz altı ölkəsindən İran İslam Respublikasının İsfahan şəhərinə gəzintiyə gəlmiş xarici turistlər və qonaqlar Həzrət İmam Mehdinin (ə.f) mübarək mövlud mərasimində iştirak ediblər.

Xarici turistlər İmam Zamanın (ə.f) mövlud bayramına qatılıblar – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İsfahan şəhərində gəzintiyə gəlmiş xarici turistlər İmam Mehdinin (ə.f) mübarək mövlud mərasimində iştirak ediblər.

İsfahan şəhərinin Nasiriyyə mədrəsəsi və İsfahanın "İmam Məscidi"ndə (Camei-Abbasi) keçirilən mövlud mərasimində 36 ölkədən bu şəhərdə səfərdə olan turistlər iştirak ediblər.

Mövlud bayramında "salavata ehsan" dayanacağı, mövludnamı, mədhiyyə və dini nəğmə oxunması, "əl-mehdi tavusu əhli-cənnət" yazılmış postal kartların hədiyyə edilməsi, müxtəlif dillərdə baroşuraların paylanması, Məhdəviyyət mövzusunda xəttatlıq, üz-üzə danışıq proqramları və turistlərlə müsahibə kimi müxtəlif proqramlar icra edilib.

İsfahanın övlud mərasiminin keçirilməsi barədə videonu qarşıdakı linkdə izləyə bilərsiniz: https://www.aparat.com/v/cMFdr

Bu mərasimdən hazırlanmış fotoları təqdim edirik:

http://iqna.ir/fa/news/3805325

 

 

Ad:
E-poçt:
* Comment: