IQNA

23:54 - April 21, 2019
Xəbər sayı: 3485024
Proqram bir neçə ildir ki, Amerika və Kanadanın müxtəlif şəhərlərində təşkil edilir. Proqramın icraçıları çalışırlar ki, İmam Mehdini (ə.f) dünyanın xilaskarı simasında dünya əhalisinə tanıtdırsınlar.

Kanadada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Torento şəhərində Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə ingilisdillilər üçün "İmam Mehdi (ə.f) günü" proqramı icra edilib.

Proqramın videosunu qarşıdakı keçiddən izləyin: "İmam Mehdi (ə.f) günü"

Bu proqram bir neçə ildir ki, Amerika və Kanadanın müxtəlif şəhərlərində təşkil edilir. Proqramın icraçıları çalışırlar ki, İmam Mehdini (ə.f) dünyanın xilaskarı simasında dünya əhalisinə tanıtdırsınlar.

"İmam Mehdi (ə.f) günü" proqramı hansı şəhərdə keçirilərsə, həmin şəhərin rəsmilərinin və məsul şəxslərinin icazəsi ilə keçirilir.

Proqram çərçivəsində vətəndaşlara gül şaxəsi və üzərində İmam Mehdi (ə.f) barədə məlumat yazılmış broşuralar təqdim edilir.

Broşuraların mətnində İmam Mehdinin (ə.f) zühur edəcəyi və dünyanı zülm və zülmətdən xilas edərək nura çıxaracağı və habelə onun müxtəlif dinlərdəki adı barədə məlumat verilir.

http://iqna.ir/fa/news/3805281

Ad:
E-poçt:
* Comment: