IQNA

8:28 - April 22, 2019
Xəbər sayı: 3485025
Bu təşkilat 1991-ci ildə təsis edilmişdir. Hazırda tabeliyində 1150 Quran müəssisəsi fəaliyyət göstərir. Habelə indiyədək bir neçə Quran hifzi yarışları və Quran mövzusu ilə toplantı təşkil etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "ammonnews.net" informasiya portalına istinadla verdiyi xəbərə görə, İordaniyanın "Quranın Qorunması Assosiasiyası" (جمعية المحافظة على القرآن الكريم) müxtəlif yaş qruplarına aid 6500 nəfər Qurani-Kərim hafizi yetişdirib.

İordaniyanın "Quranın Qorunması Assosiasiyası"nın baş direktoru Hüseyn Asaf keçən həftənin şənbə günü (20 Aprel 2019-cu il) qrumun təsis edilməsinin 38-ci ildönümü münasibəti ilə mətbuat açıqlamasında deyib: İndiyədək bu təşkilatdan müxtəlif yaş qruplarına və cəmiyyətin müxtəlif təbəqələrinə aid xanımlar və kişilərdən ibarət 6500 nəfər Quran hafizi məzun olub.

O əlavə edib: Bu təşkilat 1991-ci ildə təsis edilmişdir. Hazırda tabeliyində 1150 Quran müəssisəsi fəaliyyət göstərir. Habelə indiyədək bir neçə Quran hifzi yarışları və Quran mövzusu ilə toplantı təşkil etmişdir.

Qeyd edək ki, İordaniyanın "Quranın Qorunması Assosiasiyası" təşkilatı "Dünya Quran və Sünnət Birliyi", "İordaniya Naşirlər Birliyi" və "Ərəb Naşirləri Birliyi"nin üzvüdür. İndiyədək Quran araşdırmaları sahəsində 145 kitab çap və nəşt etmişdir. Bu təşkilat fiziki baxımdan qüsurlu Quran hafizlərinə xüsusi diqqət göstərir. Bu hədəflə də "əl-Münir fi elmit-təcvid" və "Məani kəlimatil-Quran kitablarını görmə qüsuru olanlar üçün Brayl əlifbası ilə çap və nəşr edib. Həmçinin eşitməyənlər üçün də işarə dili ilə Quran təfsiri istehsal etmişdir.

http://iqna.ir/fa/news/3805313

Ad:
E-poçt:
* Comment: