IQNA

Kürdüstanda 65 nəfərə Quran tilavəti şəhadətnaməsi verildi

9:01 - April 22, 2019
Xəbər sayı: 3485026
İraqın Kürdüstan əyalətinin "Darul-Bəyan" müəssisəsinin təşəbbüsü və şagird və ustadları təşviq etmək hədəfi ilə Quran öyrəncisi olan 65 nəfər qız və oğlana tilavət icazəsi barədə şəhadətnamə verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "al-omah.com" informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Kürdüstan əyalətinin Süleymaniyyə regionunun Raprin şəhərində "Darul-Bəyan" müəssisəsinin təşəbbüsü və şagird və ustadları təşviq etmək hədəfi ilə Quran öyrəncisi olan 65 nəfər qız və oğlana tilavət icazəsi barədə şəhadətnamə verilib.

"Həfsin Asimdən rəvayəti" əsasında Quran tilavəti şəhadətnamələrinin verilməsi mərasimində Yasin Əhməd Zəngənə (Darul-Bəyan müəssisəsinin baş direktoru) və Kürdüstan əyalətinin məşhur Quran ustadı Tahir Osman əl-Vərti iştirak edib və şagirdlərin şəhadətnamə və hədiyyələrini onlara təqdim ediblər.

Qeyd edək ki, son illərdə Kürdüstan əyalətində cavan oğlan və qızlar kütləvi şəkildə Quran öyrənməyə başlayıblar. Buna görə də Kürdüstanda Quran hifzi və təlimi mərkəzləri sürətlə çoxalır.    

http://iqna.ir/fa/news/3805315

captcha