IQNA

Bakıda İmam Məhdinin (ə.f) mövlud tədbiri keçirilib - FOTO

13:45 - April 22, 2019
Xəbər sayı: 3485029
Bakının Sahil qəsəbəsi Həzrət Fatimeyi Zəhra (s) məscidində İmam Zamanın (ə f) mövludu ilə bağlı İntizar tədbiri keçirilib. Tədbir Quran qiraəti ilə başlayıb. Məsclis xətiblərin çıxışı ilə davam edib.

İslamazeri.com xəbər verir ki, dünən Bakının Sahil qəsəbəsi Həzrəti Fatimeyi Zəhra məscidində İmam Zaman (ə f) ın doğum günü ilə bağlı İntizar adlı tədbir keçirilib.

İlk olaraq tədbiri Qurani Kərim sədaları ilə Kərbəlayi Rahibin çıxışı ilə başlayıb.

Daha sonra ilahiyyatçılar Hacı Əhliman Rüstəmov və Hacı Fazil İmanlı çıxış edib. Onlar çıxışlarında Zəmanə İmamının mübarək təvəllüdü, onun zühuru və ədalət gününün qalib olmasını gözləyən - müntəzirlərdən danışıblar.

Daha sonra azyaşlılardan ibarət "Əhli Beyt fidanları" və "Tuba meyvələri"nin çıxışları olub.

Əhlibeyt məddahları da Əhlibeyt və İmam Məhdi haqqında mədhiyyə və qəzəllər oxuyublar.

Mərasimdə viktorina keçirilib və düzgün cavab verənlərə hədiyyə təqdim olunub.

captcha