IQNA

Seyyid Həsən Nəsrullah:
6:05 - April 23, 2019
Xəbər sayı: 3485030
Terror hadisələrinin baş verməsinə rəğmən biz bayramlarımızı keçirməliyik. Həzrət İmam Mehdinin (ə.f) mövlud bayramı Qiyamət gününə qədər bütün dünyada zəiflərin və məzlumların bayramıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH)  baş katibi Seyid Həsən Nəsrullah dünən, həftənin birinci günü, 22 Aprel 2019-cu il, "İmam Mehdinin (ə.f) önqvardiyası təşkilatı"nın 34-cü illik toplantısında elan etdi: Biz Şri-Lankadı terror hücumunu məhkum edirik. Bu cinayətin amillərinin kimliyi hələ də müəyyən edilmədiyi üçün biz bu barədə yaxın günlərdə yenidən danışacayıq.

Seyid Həsən Nəsrullah müsəlman və xristianların Aprel və Şəban aylarındakı bayramlarını təbrik edərək dedi: Biz istəyirik ki, terrorizmlə və terrorizmlin dəstəkçiləri ilə geniş miqyasda mübarizə aparılsın. Həmin terrorizm ki, müxtəlif dinlərin davamçılarının dodaqlarından gülüşü oğurlayır, istər Yəməndə olsun, istər Şri-Lankada və istər Fələstində.

O əlavə etdi: Terror hadisələrinin baş verməsinə rəğmən biz bayramlarımızı keçirməliyik. Biz burada təşkilatımızın təsis edilməsinin ildönümü münasibəti ilə toplanmışıq. Bu toplantının İmam Mehdinin (ə.f) mövluduna da bağlılığı var. Bu bayram Qiyamət gününə qədər bütün zəiflərin və məzlumların bayramıdır.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH)  baş katibi Seyid Həsən Nəsrullah vurğuladı: İctimai məsələlərdə ən təhlükəli məsələ məyusluq və onun nəticəsidir. Məyusluğun nəticəsi problemlərin qarşısında təslim olmaqdır. Məyus olan bir kəs heç vaxt yaşadığı cəmiyyətdə mənfi halların dəyişilməsində təsirə malik ola bilməyəcəkdir. Buna görə də ən təhlükəli hal təslim olmaqdır, istər fərdin təslim olması, istərsə də bir millətin təslim olması.

O vurğuladı:  Bu gününün müharibəsi ümid, etimad döyüşü və məyusluqla mübarizə və təslim olmamaqdır. Ümid yəqin və etimadı millətlərə qaytarır və onların qüdrətini çoxaldır.

Seyid Həsən Nəsrullah dedi: "Fələstin xalqı məyus olarlarsa, "əsrin müqaviləsi" onlara yüklənəcəkdir. Amma nə qədər ki, ümid və etimadlarını əldən verməyiblər, dünyanın imperialist güclərinin heç biri onlara nəyisə güclə və zorla qəbullandıra bilməz.

 

O vurğuladı: Livan məsələsində də "İslam Müqaviməti Hərəkatı" ilə müxalif olanların problemi onların məyusluğunda idi. Onlar İsrail qarşısında özlərini gücsüz hesab edir və şəkdə idilər. Amma müqavimət yolunda addımlayanların güclü tərəfi onların qələbəyə ümidvar olmasında idi. Əgər xalq bu gün təslim olsalar, Tramp hətta Livanı da İsrailə verəcək. Buna görə də əsas vəzifə ümidvar olmaq və xalqın ürəyində ümid, Allaha, İmam Zamana (ə.f) və özünə etimad, iman  və inamı gücləndirməkdir.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH)  baş katibi Seyid Həsən Nəsrullah çıxışının sonunda ABŞ prezidenti Trampın neft barədə özbaşına qərarlarına işarə edərək beynəlxalq təşkilatları qınadı və dünya xalqlarından Amerikanın özbaşına hərəkətlərinin qarşısında dayanmasını istədi.  

http://iqna.ir/fa/news/3805681

Ad:
E-poçt:
* Comment: