IQNA

6:27 - April 23, 2019
Xəbər sayı: 3485031
Paris müsəlmanların "müsəlmanların gələcəyi formalaşır" devizi ilə keçirilən 36-cı illik toplantıya evsahibliyi edib. Müsəlmanlarının Fransadakı ən böyük illik toplantısında 200 min nəfər iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "RFİ" informasiya portalına istinadla verdiyi xəbərə görə, Paris Fransa müsəlmanlarının "müsəlmanların gələcəyi formalaşır" devizi ilə keçirdikləri 36-cı illik toplantıya evsahibliyi edib.

Fransa müsəlmanlarının Parisdəki ən böyük illik toplantısında 200 min nəfər iştirak edib.

Bu toplantı Avropanın ən böyük müsəlman toplantısı hesab edilir. Toplantının hədəfi müasir cəmiyyətdə yaşam tələbləri barədə müzakirə edilməsi üçün müsəlman cəmiyyətlərin kişi, qadın və uşaqlarını və habelə müxtəlif millətlərdən olan müxtəlif məzhəbli və siyasi görüşlü insanların bir araya gətirilməsidir.  

Toplantını təşkil edən təşkilatın bəyaniyyəsində deyilir: "Fransa müsəlmanlarının gələcəyi üçün diqqətlə düşünülməlidir. Bu ölkənin əhalisi və cəmiyyətinə uyğun harmoniya ilə yaşamaq üçün qardaşlıq, vəhdət və digər dəyərlər əsasında möhkəm bünövrə qurulmalıdır".  

Toplantıda müsəlman alimləri və İslam araşdırmaçıları çıxış ediblər.

Habelə toplantı çərçivəsində 15 min kvadratmetrdə qurulmuş sərgidə müsəlmanlar öz istehsallarını nümayiş ediblər.

Bundan əlavə toplantı çətçivəsində Quran hifzi yarışları və kitab sərgisi də təşkil edilmişdir.

Toplantıda müxtəlif ölkələrdəki terror qurbanlarının anım mərasimi də keçirilib.

Bu toplantı Fransanın paytaxtı Parisin "Le Bourget" rayonunda Aprel ayının 19-da başlayıb və Aprel ayının 22-dək davam edib.  

Qeyd edək ki, Fransada 7 milyon müsəlman yaşayır. Bu baxımdan Fransa Avropa ölkələri arasında ön çox müsəlman azlığına sahib ölkədir.    

http://iqna.ir/fa/news/3805451

Ad:
E-poçt:
* Comment: