IQNA

9:34 - April 23, 2019
Xəbər sayı: 3485033
Aprel ayının 21-də (15 Şəban 1440 hq) İngiltərənin İslam Mərkəzində Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə mərasim keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Aprel ayının 21-də (15 Şəban 1440 hq) İngiltərənin İslam Mərkəzində Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə mərasim keçirilib.

Mərasimdə Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) zühuru və intizarın fəlsəfəsi barədə söhbət edilib.

Mövlud mərasimində bu ölkədə yaşayan şiələr, əhli-beyt (ə) aşiqləri iştirak ediblər. İslam Mərkəzinin rəisi Höccətul-İslam vəl-Müslimin Məhəmməd Əli Şimali Şəban ayının fəzilətindən və "intizar"ın fəlsəfəsindən danışıb.

Hədislərin "initzar" barədə tövsiyələrini açıqlayan xətib İmam Əlinin (ə) hədisinə işəra edərək deyib ki, zühurun intizarının savabı Allah yolunda qiyam, cihad etmək və şəhid olmaq qədər çoxdur.

Mərasim Qura qiraəti, dini nəğmələr, məddahlıq və şer qiraəti ilə davam edib. Habelə mərasim iştirakçıları bayram münasibəti ilə bişirilmiş 16 metrlik torta qonaq olublar.

 http://iqna.ir/fa/news/3805437

تبیین فلسفه انتظار در انگلیس

تبیین فلسفه انتظار در انگلیس

تبیین فلسفه انتظار در انگلیس

Ad:
E-poçt:
* Comment: