IQNA

İsrail ordusu Qəzza zolağına hava hücumu təşkil edib

15:59 - May 02, 2019
Xəbər sayı: 3485072
İsrail rejimi ordusu bu gün səhərin erkən saatlarında Qəzza zolağında müqavimət qüvvələrinə aid əraziyə hava hücumu təşkil edib.

İsrail rejimi ordusu bu gün səhərin erkən saatlarında Qəzza zolağında müqavimət qüvvələrinə aid əraziyə hava hücumu təşkil edib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, İsrail döyüş təyyarələrinin və pilotsuz uçan aparatlarının Qəzza zolağının şimalında "İzzəddin əl-Qassam Briqadaları"na aid Fələstin ərazisinə azı 5 raket atdığı bildirilib.

Hava hücumlarına görə bölgə əhalisinin qorxu keçirtdiyi, hücumlarda ölən ya da yaralanan olmadığı qeyd edilib.

İsrail ordusu hava hücumlarının dünən Qəzza zolağından sərhədə yaxın yəhudi yaşayış məntəqələrinə yanğın törədici və partlayıcı daşıyan şarlar göndərilməsinə cavab tədbirləri olduğunu irəli sürüb.

İsrail ordusu bu gün səhər, həmçinin Qəzzadan atılan azı iki raketin "Shaar HaNegev" yəhudi yaşayış məntəqələri şurasına düşdüyünü iddia edib.

Qəzza zolağından atılan raketlərin işğalçı qüvvələrinin hava hücumlarına müqavimətin cavabı ola biləcəyi qeyd olunub.

Teqlər: israil ، fələstin ، iqna
captcha