IQNA

Hansı ölkədə neçə saat oruc tutulacaq?

17:05 - May 02, 2019
Xəbər sayı: 3485075
Azərbaycan və Türkiyədə təxminən 17 saat oruc tutulduğu halda, bəyaz gecələrin baş verdiyi və günəşin demək olar ki, heç batmadığı Skandinaviyanın bəzi yerlərində bu müddət 21 saata yaxındır.
Ramazan ayında ən çox maraq doğuran mövzulardan biri də hansı ölkədə neçə saat oruc tutulacağıdır. Maide.Az ən uzun və ən qısa müddət oruc tutacaq ölkələrin siyahısını təqdim edir. 
 
Azərbaycan və Türkiyədə təxminən 17 saat oruc tutulduğu halda, bəyaz gecələrin baş verdiyi və günəşin demək olar ki, heç batmadığı Skandinaviyanın bəzi yerlərində bu müddət 21 saata yaxındır.
 
Ən qısa müddət 9 saat 20 dəqiqə isə Argentinadadır. Bu il Argentina ən qısa oruc tutulan ölkə olacaq. Burada oruc müddəti 9 saatdan azdır.  Argentina ilə eyni saat qurşağında yerləşən Nigeriya, İndoneziya, Efiopiya və Braziliya kimi ölkələrdə oruc vaxtları nisbətən qısa olacaq.
 
Avropa ölkələri Şimal yarımkürəsinin ən uzun oruc tutan ölkələrindəndir. Bu il Avropa ölkələrində oruc tutma müddəti daha uzun olacaq. Almaniya, Belçika və Niderlandda oruc tutma saatları 18 saatdan artıqdır. Ən uzun oruc Skandinaviya ölkələrində olacaq.
 
Qrenlandiyada 20,5-21, İsveç, Norveçdə 19-19,5, Rusiya, Danimarka, Böyük Britaniya, Hollandiyada 18.5-19, Belçika, Almaniya, Polşada 18-18,5, Ukrayna, Fransa, Macarıstan, Rumıniyada 17-17.5, Bolqarıstan, Bosniya Herseqovina, İtaliya və İspaniyada oruc tutma vaxtı 16.5-17 saat arası olacaq.
 
Maraqlı faktlardan biri də ən qısa oruc müddətinin Omandakı bir kənddə olmasıdır. İki minə yaxın əhalisi olan Vekan kəndində Günəş 11.00-da doğur, 14.30-da batır.
captcha