IQNA

İndoneziyanın Sədra kollecində Darul-Quran təsis edildi

10:58 - May 05, 2019
Xəbər sayı: 3485090
Darul-Quran müəssisəsi tələbələrə Qurani-Kərimin peşəkar oxunuşu, Quran hüsnxətt qaydaları, Quranın tərcümə, təfsir, tərtil, təcvid, qiraət və hifzinin öyrədilməsi sahəsində proqramları icra edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "Cameətul-Mustafa əl-Aləmiyyə" Beynəlxalq İslam Elmləri Akademiyasının İndoneziyadakı filialının və "Sədra İslam Kolleci"nin rəisi Höccətul-İslam vəl-Müslimin Məhəmməd Cavad Əsədi İQNA ilə müsahibəsində dedi: Bu kollecdə Quran proqramlarının düzgün istiqamətdə yönləndirilməsi üçün Darul-Quran təsis edildi.

Höccətul-İslam vəl-Müslimin Məhəmməd Cavad Əsədi  əlavə etdi: Darul-Quran müəssisəsi tələbələrə Qurani-Kərimin peşəkar oxunuşu, Quran hüsnxətt qaydaları, Quran yarışları, Quranın tərcümə, təfsir, tərtil, təcvid, qiraət və hifzinin öyrədilməsi sahəsində proqramları icra edəcək.

O vurğuladı: Cari ilin Mart ayında təsis edilmiş Darul-Quran müəssisənin əsas hədəfi təbələrə Quran sahəsində peşəkarlığının öyrədilməsidir. Hazırda da Sədra İslam Kollecində Qurani-Kərimin təfsiri və Quran elmlərinin öyrədilməsi proqramları icra edilir.   

http://iqna.ir/fa/news/3808793

تأسیس مرکز دارالقرآن الکریم در کالج صدرا اندونزی

تأسیس مرکز دارالقرآن الکریم در کالج صدرا اندونزی

captcha