IQNA

HİZBULLAH Ərəbləri İsrailin qarşısında susduqları üçün qınadı

10:35 - May 07, 2019
Xəbər sayı: 3485097
Hizbullah bəyanat yayaraq Fələstin xalqına qarşı həyata keçirdiyi təcavüzkarlığı, yüzlərlə insanı yaralamasını və onlarla insanın qətliam və yaşayış mənzillərinin bombardman edilməsini məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "almanar" informasiya portalına istinadla verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatı (Hizbullah) bəyanat yayaraq işğalçı və sionist israil rejiminin Fələstin xalqına qarşı həyata keçirdiyi təcavüzkarlığı, yüzlərlə insanı yaralaması və onlarla Qəzza əhalsini şəhid və qətliam və yaşayış mənzillərini bombarman etməsini məhkum etdi.

HİZBULLAH bu bəyanatda bütün müsəlmanların, xüsusi ilə də Ərəb dünyasının Fələstinin kənarında olmasını, fələstinliləri dəstəkləməsini zəruri hesab edərək beynəlxalq ictimaiyyəti və Ərəb dünyasını İsrailin vəhşi təcavüzkarlığı qarşısında sakit qaldıqlarına görə qınayıb.

Livan İslami Müqavimət Hərəkatı bəyanatda dünya və ərəblər arasında tək qalmasına baxmayaraq təcavüzkar rejimin qarşısında şücaət göstərən, Fələstin xalqının təhlükəsizliyini qoruyan, onların hüquqlarının bərpasına çalışan və yağı düşmənə döyüş meydanlarında həyat dərsi verən Fələstin müqavimət güclərini alqışlayıb.

Bəyanatda deyilir: Fələstin xalqı sübut etdi ki, uşaq və qadınların qanına susayan işğalçılara və imperialistlərə qarşı mübarizənin təkcə çıxış yolu şərəfli fələstin millətinin milli dayanışı, milli vəhdəti və birliyidir.

Livan HİZBULLAH təşkilatı bəyanatda şücaətli Fələstin xalqının milli və İslami müqavimət və dirəniş hərəkatını dəstəklədiyini elan edib və bu yolun şəhidlərinə İlahidən rəhmət və yaralılarına ən tez zamanda şəfa diləyib.

Qeyd edək ki, İsrailin  son günlər ərzində Qəzza zolağına etdiyi hücum nəticəsində 25 sivil vətəndaş, hamilə qadın, 14 aylıq uşaq şəhid edilib və onlarla insan yaralanıb.      

http://iqna.ir/fa/news/3809147

Teqlər: hizbullah ، qəzza ، fələstin
captcha