IQNA

Qətər Qəzzaya 480 milyon dollar kömək etdi

13:33 - May 08, 2019
Xəbər sayı: 3485100
Fələstinin Qəzza şəhəri zolağında atəşkəs bərqərar olduqdan sonra Qətərin Xarici İşlər Naziri Qəzzaya və qərb sahillərində yaşayan fələstinlilərə humanitar yardım edəcəklərini elan edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aljaazera" informasiya portalına istinadla verdiyi xəbərə görə, Fələstinin Qəzza şəhəri zolağında atəşkəs bərqərar olduqdan sonra Qətərin Xarici İşlər Naziri Qəzzaya və qərb sahillərində yaşayan fələstinlilərə humanitar yardım edəcəklərini elan edib.  

Qətərin Xarici İşlər Naziri bəyanat yayaraq elan edib ki, Qəzzaya və qərb sahillərində yaşayan fələstinlilərə səhiyyə və təhsil xidmətləri üçün 480 milyon dollar humanitar yardım edəcək. Bu məbləğin 180 milyon dolları təhsil və səhiyyə xidmətlərinə və qalan məbləği isə digər zəruri ehtiyaclara xərclənəcək.

Fələstin İslami Müqavimət Cəbhəsinin (HƏMAS) siyasi qolunun rəisi İsmayil Həniyyə Qətərə bu addımına görə təşəkkür edərək deyib: Qətərin bu qərarı göstərir ki, Qətər həmişə Fələstin xalqını dəstəkləyir.

Qeyd edək ki, son günlər ərzində sionist İsrail rejimi Fələstinin işğal edilmiş torpaqlarında və Qəzza zolağına bomba zərbələri endirməsi nəticəsində onlarla insan yaralandı və şəhid oldu. Bu hücumlardan sonra cari həftənin birinci günün başlanan atəşbəs davam edir.

http://iqna.ir/fa/news/3809748

captcha