IQNA

BMT Yəməndə kütləvi aclıq barədə xəbərdarlıq etdi

10:01 - May 11, 2019
Xəbər sayı: 3485114
Məlumata görə, 2019-cu ildə 20 milyon Yəmənliyə qida məhsulları çatırmaq və səhiyyə xidmətləri göstərmək məqsədi ilə 4.2 milyard dollar büdcə ehtiyacdır ki, indiyədək bunun təkcə 14 faizi təmin edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT (Birləşmiş Millətlər Təşkilatı) elan etdi: 10 milyon Yəmənli sivil kütləvi aclığın bir addımlığında dayanıblar.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  sözçüsünün müavini Fərhan Həqq Nyu-Yorkda yerləşən daimi qərargahda keçirdiyi mətbuat konfransında deyib: Son statistikaya görə, 10 milyon Yəmənli sivil kütləvi aclığın bir addımlığında dayanıblar. BMT (Birləşmiş Millətlər Təşkilatı) və şəriklərinin (!) həmkarlığı ilə bu sahədə tam ciddiyyətlə (!) çalışırlar. Dünya Qida Proqramı Mart ayında 10 milyon 600 min nəfər Yəmənliyə qida məhsulları çatdırıb. Gələn ay da 12 milyon nəfərə yemək çatdırmaq üçün hazırlaşır.

O əlavə edib: 2019-cu ildə 20 milyon Yəmənliyə qida məhsulları çatırmaq və səhiyyə xidmətləri göstərmək məqsədi ilə 4.2 milyard dollar büdcə ehtiyacdır ki, indiyədək bunun təkcə 14 faizi təmin edilib.

Qeyd edək ki, artıq altıncı ildir Səudiyyə Ərəbistanı, Amerika, İsrail, BƏƏ və digər bir neçə ölkədən ibarət terrorçu koalisiya Yəmənin xain prezidenti Mənsur Hadini iş başına qaytarmaq bəhanəsi ilə məzlum və müdafiəsiz Yəmən xalqına hücum edib. Yəmən xalqı qeyri-bərabər döyüşdə terrorçuların qarşısında müqavimət göstərir. Və artıq koalisiya öz məğlubiyyətinə etiraf edir. Amma bu işğalçı hücum nətincəsində 100 min Yəmənli, o cümlədən 85 min uşaq öz həyatını itirib. Milyonlarla uşaq və qoca aclıq və digər böhranlarla üz-üzədirlər.    

http://iqna.ir/fa/news/3810296

Teqlər: yəmən ، aclıq ، böhran ، husilər
captcha