IQNA

Moskva məscidində iftar süfrəsi – Foto

11:49 - May 12, 2019
Xəbər sayı: 3485121
Rusiya federasiyasının paytaxtı Moskva şəhərinin "Xatəmul-Ənbiya" məscidi mübarək Ramazan ayı başlayandan hər gecə iftar süfrəsi açır və oruc tutanları İlahi ziyafət süfrəsində qonaq edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərinin "Xatəmul-Ənbiya" məscidi mübarək Ramazan ayı başlayandan hər gecə iftar süfrəsi açır və oruc tutanları İlahi ziyafət süfrəsində qonaq edir.

Moskvanın "Xatəmul-Ənbiya" məscidinin iftar süfrəsi proqramı Ramazan ayı boyunca hər gecə icra edilir. Oruc tutanlar iftar süfrəsindən faydalanır və məscidin dini proqramlarından istifadə edirlər.

Bu məsciddə mübarək Ramazan ayı boyunca hər gün Şam azanına bir saat qalmış Qurani-Kərimdən bir cüz tilavət edilir.

Məlumatda deyilir ki, Moskva şəhərinin məscidləri, hüseyniyyələri və İslam Mərkəzində mübarək Ramazan ayında hər gün Quran tilavəti mərasimi təşkil edilir. Mərasimdə qari və təfsirçilər iştirak edirlər. Mərasimdə iştirak edənlərə Quran ayələri təfsir edilir və Quran mövzularında yarışlar keçirilir.  

http://iqna.ir/fa/news/3810639افطار روزه‌داران در مسجد «خاتم الانبیاء» مسکو+عکس

افطار روزه‌داران در مسجد «خاتم الانبیاء» مسکو+عکس

افطار روزه‌داران در مسجد «خاتم الانبیاء» مسکو+عکس

Teqlər: iqna ، moskva ، ramazan ، iftar
captcha