IQNA

8:35 - May 14, 2019
Xəbər sayı: 3485135
Səudiyyə Ərəbistanı elan edib ki, Qətər vətəndaşları və Qətərdə yaşayan xarici vətəndaşlar May ayının 14-də ( bu gün) Ümrə Həcci üçün mübarək Ramazan ayında elektron qeydiyyatdan keçə bilərlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətər Ərəbistandan öz ölkəsinin Həcc ziyarətinə getmək istəyən vətəndaşlarından maneə və məhdiyyətlərin qaldırılmasını tələb edib.

Səudiyyə Ərəbistanı elan edib ki, Qətər vətəndaşları və Qətərdə yaşayan xarici vətəndaşlar May ayının 14-də ( bu gün) Ümrə Həcci üçün mübarək Ramazan ayında elektron qeydiyyatdan keçə bilərlər.

Həmçinin qeydiyyatdan keçənlər Həcc mərasimini yerinə yetirmək üçün Mədinə və Ciddə şəhərlərinin hava limanından istifadə edə bilərlər.

Qətər dövləti isə Ərəbistanın bu təklifinin kifayət emədiyini, habelə formal olduğunu açıqlayıb. Çünki Qətər və Ərəbistan arasında heç bir hava yolu səfəri mövcud deyil. Həmçinin iki ölkə arasında olan yeganə quru keçid məntəqəsi də iki ildir ki, fəaliyyətini dondurub.

Qeyd edək ki, axırıncı dəfə 2016-cı ildə 12 min nəfər Qətər vətəndaşı Həcc ziyarətində olublar. Həmin ilin Həcc ziyarətindən bir neçə ay sonra Səudiyyə Ərəbistanı qətərliləri radikal dindar adlandıraraq və Qətərin radikal qruplaşmaları dəstəkləməsini bəhanə edərək Qətər ilə sərhədlərini bağlayıb.   

http://iqna.ir/fa/news/3811280

Teqlər: qətər ، duhe ، riyaz ، həcc
Ad:
E-poçt:
* Comment: