IQNA

12:06 - May 15, 2019
Xəbər sayı: 3485137
Almaniyanın məşhur islamofob Alternativ partiyasının üzvləri müsəlmanların gələcəkdə çoxalması xəbərindən nigaran olublar. Nigarançılıqlarını gizlətməyərək bu məsələni sosial şəbəkələrdə də yayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, qərbin məşhur medialarının hesabatında deyilir ki, 2018-ci ilin oğlan uşaqlarına qoyulan ən sevimli adı MƏHƏMMƏD olub.

Bu adın sevimliliyi Almaniyanın müxtəlif əyalətlərində, o cümlədən Berlin şəhərində gözəçarpacaq dərəcədə çox olub.

Almaniyanın islamofobluqda məşhur Alternativ partiyasının üzvləri bu xəbərdən nigaran olublar. Nigarançılıqlarını gizlətməyərək bu məsələni sosial şəbəkələrdə də yayıblar. Onlar bildiriblər ki, müsəlmanların gələcəkdə güclənməsi onları narahat edib.

Almaniyanın sağçı mediası isə bu məsələni gələcəkdə Almaniya cəmiyyətinin tərkib hissəsinin ciddi dəyişikliyə məruz qalması kimi dəyərləndiriblər.

Siyasi icmalçılar isə bu məsələnin yalandan böyüdüldüyünü və şişirdildiyini hesab ediblər. Onların fikrincə ifratçı və radikal sağçılar gələcək seçkilərdə anti-miqrant qrupları parlament seçkilərində qızğın iştirak etməyə həvəsləndirmək istəyirlər.

Çünki Avropada, eləcə də Almaniyada xristian adları daha çox məşhurdur. 2018-ci ilin statistikasına görə, Mari adı 566, Sofiya 541, Şarlut 467, Mariya 439, Emilya 389, Aleksandır 439, Luk 400 uşağa qoyulduğu halda, "Məhəmməd" adının müxtəlif yazılışları təkcə 280 uşağa qoyulub.      

 

http://iqna.ir/fa/news/3811496

 

Teqlər: almaniya ، qərb ، məhəmməd adı ، iqna
Ad:
E-poçt:
* Comment: