IQNA

13:32 - May 15, 2019
Xəbər sayı: 3485140
İran İslam Respublikasının 27-ci Beynəlxalq Qurani-Kərim Sərgisi Tehranın müsəllasında keçirilir. Bu sərgidə müxtəlif müsəlman ölkələrinin Quran sahəsində fəaliyyət göstərən müəssisələri iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci Beynəlxalq Qurani-Kərim Sərgisi Tehranın müsəllasında keçirilir. Bu sərgidə müxtəlif müsəlman ölkələrinin Quran sahəsində fəaliyyət göstərən müəssisələri iştirak edir.

Sərgidə iştirak edən Tunisin Qeyrəvan şəhər nümayəndəliyinin pavilyonunda tarixi 247 il olan Quran nüsxəsi nümayiş olunur.

Tunis pavilyonunun nəzarətçisi və Zeytuniyyə universitetinin Fəlsəfə ustadı Fövzi Ələvi bu barədə deyib: Bu nüsxə 1772-ci milad ilində tunisli xəttat və hüsnxətt ustası Məhəmməd ibn Buxəlayi tərəfindən Osmani-Qeyrəvani xətti ilə kitabət edilib. Nüsxə sərgiyə gətirilmək üçün Qeyrəvanın şəhər muzeyinin əmanət götürülüb.

Fövzi Ələvi əlavə edib: Sərgidə Tunisdən gətirilmiş məğribi, osmani və qeyrəvani xətləri ilə yazılmış digər qədim və əlyazma nüsxələr də nümayiş edilir.  

Zeytuniyyə universitetinin Fəlsəfə ustadı vurğulayıb: Pavilyonda sərgiyə çıxaralıan digər əsər Tunisin "Midad" jurnalıdır. Bu jurnal Quran araşdırmaları sahəsində İngilis, Fransız və Ərəb dillərində nəşr edilir. Bundan əlavə Qeyrəvanın şəhər tarixini araşdıran kitablar və humanitar elmlər və Fəlsəfi araşdırmaları işıqlandıran Məsarat jurnalı da sərgidə nümayiş edilir.

Qeyd edək ki, İran İslam Respublikasının 27-ci Beynəlxalq Qurani-Kərim Sərgisi "Quran həyatın mənası" devizi ilə Tehranın İmam Xomeyni (ə.r) müsəllasında keçirilir.

http://iqna.ir/fa/news/3811765

Teqlər: iqna ، Quran sərgisi ، tehran ، müsəlla
Ad:
E-poçt:
* Comment: