IQNA

22:29 - May 17, 2019
Xəbər sayı: 3485145
Tunis pavilyonunda Qurani-Kərimim müxtəlif əlyazma nüsxələri nümayiş edilir. Bunların arasında Yəhtabu Əzizin xətti ilə 1211-ci hicri-qəməri ilində kitabət edilmiş 300 illik Quran nüsxəsi də var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisi maraqlı və müxtəlif mövzuları ilə ziyarətçilərin diqqətini çəkə bilib.

Sərginin beynəlxalq bölməsində 12 yaşlı Fələstinli qızın 9 üsul ilə Quran tilavət etməsi, Tunisin qədim və aztapılan əlyazma Quran nüsxələri, İslam dünyası ölkələri tələbələrinin iştirakı, xarici Quran təşkilatlarının bir-biri ilə qarşılıqlı əlaqələrinin yaradılması, dünyanın 16 müsəlman ölkəsinin sərgidə iştirakı, müqəddəs ziyarətgahların yenidən tikilməsinin qərargahı pavilyonu, İmam Hüseyn (ə) və Həzrət Abbas (ə) hərəmlərinin fəaliyyətləri köşkü sərginin ziyarətçiləri tərəfindən maraqla qarşılanan hadisələrdir.

Pakistan pavilyonunda Quran və Hədis Elmləri təlimləri kitablarının nümayiş edilməsi, Amerikada 460 məscidin və İslam Mərkəzinin bir-biri ilə əlaqələri bardə məlumatlar köşkü, Quran dərslərinin audio yazıları, Amerika məscidlərində keçirilən Quran dərslərinin mövzuları və İslam dünyasının böyük dini şəxsiyyətlərinin və tanınmış simlarının Amerika məscidlərində tanıdılması barədə broşurlar sərgidə diqqət çəkən digər mövzulardır.

Sərginin Fələstinli qarilər köşkündə Qəssan Şurabçi, Fafi Dali, Rəşad Şərif və Ahid Zeynu kimi məşhur qarilərin qiraət videoları səsləndirilir. Fələstin xalqının əl sənayesi məhsulları, iftar süfrələri fotoları, qədim geyim növləri, uşaqlara Quran öyrədilməsinin şəkilləri, Qədr gecəsində Əqsa məscidində 400 min nəfərin namaz qılması rəsm əsəri və 12 yaşlı qızın Quranı 9 üslub ilə oxuması filmi nümayiş olunur.   

Tunis pavilyonunda Qurani-Kərimim müxtəlif əlyazma nüsxələri nümayiş edilir. Bunların arasında Yəhtabu Əzizin xətti ilə 1211-ci hicri-qəməri ilində kitabət edilmiş 300 illik Quran nüsxəsi də var. Digər bir nüsxə isə Hüzeyli Bəni Həmudə Fəzayinin tərəfindən 1266-cı hirci-qəməri ilində kitabət edilmişdir. Həmçinin Məhəmməd bin Buxəlalinin 1203-cü hicri-qəməri tarixində kitabət etdiyi Quran nüsxəsi də nümayiş olunur.   http://iqna.ir/fa/news/3811991/

نمایش نسخ خطی تونس و 9 سبک قرائت قرآن از دختر فلسطینی

نمایش نسخ خطی تونس و 9 سبک قرائت قرآن از دختر فلسطینی

نمایش نسخ خطی تونس و 9 سبک قرائت قرآن از دختر فلسطینی

نمایش نسخ خطی تونس و 9 سبک قرائت قرآن از دختر فلسطینی

Teqlər: iqna ، sərgi ، quran ، tunis
Ad:
E-poçt:
* Comment: