IQNA

18:18 - May 19, 2019
Xəbər sayı: 3485155
İsveçin təhlükəsizlik xidməti (SAPO) elan edib ki, son aylarda radikal vəhabi-sələfi ünsürlərinin beş üzvü həbs edilib. Onlardan biri İsveçin qərbində fəaliyyət göstərən "İslam Mədrəsəsi"nin yuxarı vəzifəli işçilərindəndir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin təhlükəsizlik xidməti (SAPO) elan edib ki, son aylarda radikal vəhabi-sələfi ünsürlərinin beş üzvü həbs edilib. Onlardan biri İsveçin qərbində fəaliyyət göstərən "İslam Mədrəsəsi"nin yuxarı vəzifəli işçilərindəndir.

İsveçin qərbindəki "İslam Mədrəsəsi"nin baş direktoru elan edib ki, mədrəsənin mühüm vəzifə sahibinin həbs edilməsi, bu təhsil ocağının fəaliyyətinə heç bir mənfi təsir qoymayacaq.

Həbs edilən radikal vəhabi-sələfilərdən digərinin adı isə Riyaz Dəhandır. O, keçən ay (Aprel) həbs edilib. Riyaz Dəhan Yula şəhərində məsciddə camaat imamı işləyirmiş. İmamı olduğu məsciddən istifadə edərək vəhabi-sələfiliyi ciddi şəkildə dəstəkləyirmiş. Buna görə İsveçdə 20 il yaşamasına baxmayaraq heç vaxt vətəndaşlıq ala bilməyib.    

 http://iqna.ir/fa/news/3812919

 

Teqlər: isveç ، sələfi ، vəhabi ، radikalizm
Ad:
E-poçt:
* Comment: