IQNA

9:38 - May 20, 2019
Xəbər sayı: 3485159
"Quranın Fars dilinə tərcüməsi, keçmiş zamanlardan bu günədək" adlı bu toplantı İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Kitab Evi Müəssisəsi"nin "Qələm Əhli Sarayı"nda keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 20 May 2019-cu il, Qurani-Kərimin qədim zamanlarda indiyədək Fars dilinə edilən tərcümələrinin araşdırılması ilə bağlı toplantı keçiriləcək.

"Quranın Fars dilinə tərcüməsi, keçmiş zamanlardan bu günədək" adlı bu toplantı İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin "Kitab Evi Müəssisəsi"ndə keçiriləcək.

Tehranın "Kitab Evi Müəssisəsi"nin ümumi əlaqələr şöbəsinin məlumatına görə, bu elmi toplantı bu gün, günün ikinci yarısında, yerli vaxtla saat 13:00-dan 14:30-dək keçiriləcək.

Tehranın İnqilab xiyabanında (Cənubi Fələstin xiyabanı, Xacə Nəsir küçəsi, mənzil:2) yerləşən "Qələm Əhli Sarayı"nda keçiriləcək toplantıda Azərtuş Azərnuş və Seyid Məhəmməd İmadi Hairi iştirak edəcəklər.   

http://iqna.ir/fa/news/3812947

Ad:
E-poçt:
* Comment: