IQNA

12:08 - May 20, 2019
Xəbər sayı: 3485164
Tehranın 27-ci beynəlxalq Quran sərgisinin iştirakçısı Sultan Güləhməd burada Rusiya müsəlmanlarının Quran sahəsində gördüyü işləri və dini fəaliyyətləri barədə ziyarətçilərə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son illərdə Rusiyada yaşayan müsəlman cavanlar və gənclər arasında Quran oxumağı öyrənmək istəyənlərin sayı artıb.

Bu barədə "əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyası"nın magistratura pilləsinin tələbəsi məlumat verib.

Tehranın 27-ci beynəlxalq Quran sərgisinin Rusiya pavilyonunun məsulu və sərgi iştirakçısı Sultan Güləhməd burada Rusiya müsəlmanlarının Quran sahəsində gördüyü işləri və dini fəaliyyətləri barədə ziyarətçilərə məlumat verir.

Sultan Güləhmədin dediyinə görə, Rusiyada hazırda 200 İslami mədrəsə fəaliyyət göstərir. Bu mədrəsələrdə şagirdlərə Quran hifzi və qiraəti dərsləri verilir.

O deyir ki, Rusiyada Əhli-Beyt (ə) tərəfdarları və şiələr də az deyil. Onlar əsasən Mahaçqala, Dərbənd, Dağıstan, Kazan, Tatarıstan, Çeçenistan və Qafqazın digər şəhərlərində yaşayırlar. Son illərdə Şiələrin Quran fəaliyyətləri çoxalıb. Onlar Moksva, Ufa və Qafqazda keçirilən Quran yarışlarında ilk yerləri kəsb edirlər. Bu işdə İranda təhsil almış dini tələbələrin sağlam təbliğatının da təsiri və rolu böyükdür.    

http://iqna.ir/fa/news/3812913/

Ad:
E-poçt:
* Comment: