IQNA

11:21 - May 21, 2019
Xəbər sayı: 3485168
Bəşşar Əsəd açılış mərasimində çıxış edərək deyib: Radikalizmi 11 Sentyabr hadisəsindən sonra müsəlmanların həyatına daxil etdilər. Bu növ radikalizmin gücləndirilməsində vəhabilikdən istifadə etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "SANA" informasiya portalına istinadla verdiyi xəbərə görə, Suriyada radikalizmlə beynəlxalq mübarizə məqsədi ilə "ŞAM Beynəlxalq İslam Mərkəzi" – (Radikalizmlə Beynəlxalq İslami Mübarizə Təşkilatı), təsis edildi.

Təşkilatın açılış mərasimi dünən, həftənin birinci günü, 20 May 2019-cu il, Suriyanın paytaxtı Dəməşq şəhərində keçirilib.

Mərasimdə Suriya prezidenti Bəşşar Əsəd, Suriyanın baş müftisi Şeyx Əhməd Bədruddin Həsun, Suriya İslami Fondlar Naziri Məhəmməd Əbdüssəttar Seyyid, Dəməşqin müftisi Ədnan Əfyuni, Şam Alimləri Birliyinin rəisi Məhəmməd Tövfiq Buti və digər alim və ruhanilər iştirak ediblər.

Mərkəzin tərkib hissəsinə Beynəlxalq İslami Elmlər Akademiyası, Sosial Şəbəkələrdə Radikal və Təkfirçi Düşüncə və Fətvalara Nəzarət İdarəsi, Radikal Fikirlərlə Mübarizə Bölməsi, Xətiblərin və İmamların Yetişdirilməsi Mərkəzi, İslami Araşdırmalar Mərkəzi və Kitabxana daxildir.

Suriya prezidenti Bəşşar Əsəd mərasimdə çıxış edərək deyib: Radikalizm dini məhsul deyil, sosial bir fenomendir və siyasi, əqidəvi, ictimai və irqi ola bilər. Dini radikalizm də bunların bir növüdür. Bu növ radikalizmi 11 Sentyabr hadisəsindən sonra müsəlmanların həyatına daxil etdilər. Bu növ radikalizmin gücləndirilməsində vəhabilikdən istifadə etdilər.

Bəşşar Əsəd vurğulayıb: Siz məndən gözləməyin ki, gəlim ruhanilərin toplantısına qatılım, radikalizm və terrorizmlə mübarizə yollarını araşdırım. Siz ruhanilər bu işi illər öncə başlamısız və sizinlə birlikdə hər bir Suriya vətəndaşı radikalizm və terrorizmə mübarizə edir.

http://iqna.ir/fa/news/3813408

افتتاح مرکز بین‌المللی مقابله با تروریسم و تندروی در سوریه

افتتاح مرکز بین‌المللی مقابله با تروریسم و تندروی در سوریه

Teqlər: suriya ، radikalizm ، terrorizm ، iqna ، SANA
Ad:
E-poçt:
* Comment: