IQNA

Komor adalarında Quran öyrənməyin əhəmiyyəti

16:28 - May 21, 2019
Xəbər sayı: 3485169
Komor adalarında uşaqlar Quranı öyrəndikdən sonra 6 yaşlarında rəsmi məktəblərə qəbul olurlar. Bu məktəblərdə dərs proqramı Fransa orta təhsil sistemi əsasında nizamlanıb və dini dərslər çox azdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən "27-ci Beynəlxalq Qurani-Kərim Sərgisi"nin beynəlxalq bölməsinin "əl-Mustafa (s) beynəlxalq İslam elmləri akademiyası"nın müxtəlif millətləri təmsil edən pavilyonunda Komor Adaları İttifaqı Respublikasını "Cameətul-Mustafa (s) əl-Aləmiyyə"nin Ərəb Ədəbiyyatı fakültəsinin tələbəsi İmamuddin təmsil edir.

O, İQNA-ya Komorun (Qəmər Adaları) Quran sahəsindəki fəaliyyətləri və Komor müsəlmanları arasında Quran öyrənməyin əhəmiyyəti barədə danışaraq dedi: Ölkəmizdə Quran təlimi 4-5 yaşından başlayır. Valideynlər Ərəb əlifbasını taxta lövhələr üzərinə yazaraq övladlarına öyrədirlər. Əlifbanı başa vuran şagirdlər bayram keçirirlər.

O əlavə etdi: Əlifbanı öyrənən şagirdlər Həmd surəsini öyrənməyə başlayırlar. Sonra Quranın kiçik surələrini Nəbə surəsinə qədər oxuyurlar. Daha sonra isə Bəqərədən başlayaraq Quranı xətm edirlər. Quranı xətm edən şagirdlərin valideynləri qoyun qurban kəsirlər. Onu ətindən yemək hazırlayaraq şagirdlərə qonaqlıq verirlər.

İmamduddin dedi: Uşaqlar Quranı öyrəndikdən sonra 6 yaşlarında rəsmi məktəblərə qəbul olurlar. Bu məktəblərdə dərs proqramı Fransa orta təhsil sistemi əsasında nizamlanıb və dini dərslər çox azdır.

O, ölkəsində Ramazan adətlərindən danışaraq dedi: Mübarək ayda camaat məscidlərə toplaşır və hər gün bir cüz Quran tilavət edirlər.

http://iqna.ir/fa/news/3813426

captcha