IQNA

10:17 - May 22, 2019
Xəbər sayı: 3485171
İran İslam Respublikasının paytaxtı Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"ndə Quranın ən yeni təfsirinin təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"ndə Qurani-Kərimin ən yeni təfsirinin təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

Bu barədə "Vəhy Tərcümani Mədəniyyət Müəssisəsi"nin icraçı müdiri Höccətul-İslam vəl-Müslimin Məhəmməd Nəqdi İQNA ilə müsahibəsiində məlumat verib.

O deyib: Cari həftənin Cümə günü, 24 May 2019-cu il, "27-ci beynəlxalq Quran sərgisi" çərçivəsində Qurani-Kərim 12 cilddə yazılmış ən yeni təfsirinin təqdimat mərasimi keçiriləcək. Yeni təfsir "Kövsər" adlanır. Təfsirin müəllifi Qum Ali Dini Elmi Hövzəsinin ustadı və Quran sahəsində 60 əsər qələmə almış Ayətullah Yəqub Cəfəridir. Təfsirə şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Cəfər Sübhani "təqriz" (epiqram) yazıb və bu təfsirin özəl xüsusiyyətlərini açıqlayıb. Habelə bu əsərə digər bir epiqramı Ayətullah Dr. Bəhauddin Xürrəmşahi yazmışdır.

Höccətul-İslam vəl-Müslimin Məhəmməd Nəqdi vurğuladı: 22 il elmi çalışma sərf edilərək yazılmış bu təfsir tam yeni bir təfsirdir. Qədim təfsirlərdə olan problemlər bu təfsirdə aradan qaldırılıb. Qısa və sadədir. Bu günün müxatəbinə lazım olan məlumatlara yer verilib.     

http://iqna.ir/fa/news/3813633

Ad:
E-poçt:
* Comment: