IQNA

11:40 - May 22, 2019
Xəbər sayı: 3485172
Ötən gecə, 21 May 2019-cu il, İran İslam Respublikasının paytaxtı Tehranın İmam Xomeyni müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxalq bölməsinin yekun mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin ikinci günü, ötən gecə, 21 May 2019-cu il, İran İslam Respublikasının paytaxtı Tehranın İmam Xomeyni müsəllasında keçirilən "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxalq bölməsinin yekun mərasimi keçirilib.

Mərasimdə İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət İdarəsi müavini Abdullah Fəqəhizadə, "27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxalq bölməsinin müdir müavini Məhəmmədrza Cəfəri, beynəlxalq bölmənin rəisi Məhəmud Vaizi, İslami Təbliğat və Əlaqələr Təşkilatının xaricdə yaşayan iranlıların işi üzrə mədəni həmkarlıqlar idarəsinin baş katibi Məhəmmədəli Kiyani, İran Dini Elmi Hövzələrinin beynəlxalq işlər üzrə müavini Seyid Müfid Hüseyni Kuhsari, xarici müəssisələrin nümayəndələri və pavilyonların məsulları iştirak ediblər.

Mərasim Əfqanıstanlı beynəlxalq qari İshaqzadənin Quran qiraəti ilə başlayıb. Bundan sonra İran İslam Respublikasının milli himni səsləndirilib. Daha sonra isə məsullar çıxış ediblər.

"27-ci beynəlxalq Qurani-Kərim sərgisi"nin beynəlxalq bölməsinin müdir müavini Məhəmmədrza Cəfəri çıxışında bildirib: Sərginin beynəlxalq bölməsində 20 elmi toplantı keçirildi. Pakistan, İraq, Fələstin, Yəmən, Bəhreyn, Rusiya, Nigeriya, Malaziya, Tunis, Oman və Əfqanıstan maraqlı əl sənayesi, incəsənət əsərləri və Quran fəaliyyətləri ilə sərgidə təsirli çıxış etdilər.

O əlavə etdi: Buna görə İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatı (TƏQRİB), Ümumdünya Əhli-Beyt (ə) Birliyi, ƏRBƏİN Mədəniyyət Komitəsi Qərargahı, İmam Xomeyninin (r.ə) əsərlərinin nəşri müəssisəsi, "Cameətul-Mustafa (s) əl-Aləmiyyə" Beynəlxalq İslam Elmləri Akademiyası, Müqəddəs Məkanların Təmiri Təşkilatı, Ali Dini Elmi Hövzələrin beynəlxalq müavinliyi, Ali-Yasin Müəssisəsi və Şəhid Edvardo Anili Birliyinə təşəkkürlərimizi bildiririk.

Mərasimin davamında sərgidə iştirak edən 17 ölkənin nümayəndələrinə Quran ayələri ilə bəzədilmiş tablolar xatirə hədiyyəsi olaraq verildi.         

http://iqna.ir/fa/news/3813707

آیین اختتامیه بخش بین‌الملل نمایشگاه قرآن برگزار شد

آیین اختتامیه بخش بین‌الملل نمایشگاه قرآن برگزار شد

آیین اختتامیه بخش بین‌الملل نمایشگاه قرآن برگزار شد

Teqlər: iqna ، tehran ، Quran sərgisi
Ad:
E-poçt:
* Comment: