IQNA

20:16 - May 22, 2019
Xəbər sayı: 3485175
Kargil əyalətinin müsəlmanları hər il mübarək Ramazan ayında müxtəlif Quran proqramları icra edirlər. O cümlədən təfsir dərsləri təşkil edilir, hər gün Qurandan bir cüz oxunur və Quran yarışları keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın ən ucqar şimal regionunda yerləşən Kargil əyalətinin məktəb şagirdləri arasında ilk dəfə Qurani-Kərim yarışları keçirilib.

Kargil əyalətində yaşayan müsəlmanlar hər il mübarək Ramazan ayında müxtəlif Quran proqramları icra edirlər. O cümlədən təfsir saatları təşkil edilir, hər gün Qurandan bir cüz oxunur və Quran yarışları keçirilir.

Kargil əyalətinin iki kilometrliyində yerləşən Bıro şəhərinin Şəhid Mütəhhəri adına qeyri-hökumət məktbəi Quran yarışları təşkil edib.

Yarışların açılış mərasimində İran İslam Respublikasının beynəlxalq qarisi Məsud MüvəhhidiRad tilavət edib.

Mərasimdə Kargil şəhərinin meri SəmiulHəqq Çudəri, yerli parlament nümayəndəsi Əsğər Kərbəlayi, "Cameətul-Mustafa (s) əl-ALəmiyyə" beynəlxalq İslam elmləri akademiyasının Hindistan nümayəndəsi Höccətul-İslam Məhəmmədrza Saleh və İmam Xomeyni adına xatirə müəssisəsinin rəisi Sadiq Rəcayi də iştirak ediblər.

"Cameətul-Mustafa (s) əl-ALəmiyyə" beynəlxalq İslam elmləri akademiyasının Hindistan nümayəndəliyinin Quran və Hədis mərkəzinin məsulu MəhəmmədTaha Şairi yarışlara hakimlik edib.

http://iqna.ir/fa/news/3813763

مسابقات قرآن مدارس هند برگزار شد

مسابقات قرآن مدارس هند برگزار شد

مسابقات قرآن مدارس هند برگزار شد

مسابقات قرآن مدارس هند برگزار شد

مسابقات قرآن مدارس هند برگزار شد

مسابقات قرآن مدارس هند برگزار شدمسابقات قرآن مدارس هند برگزار شدمسابقات قرآن مدارس هند برگزار شد

Ad:
E-poçt:
* Comment: