IQNA

17:54 - May 24, 2019
Xəbər sayı: 3485183
Nigeriya Şəriət Polisinin (Həsbə) sözçüsü Adamu Yəhya bu xəbəri təsdiq edərək deyib: Bütün həbs edilənlər orucunu ümumi məkanlarda yeyən müsəlmanlardır. Biz qeyri-müsəlmanları buna görə həbs etmirik.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya şəriət polisi Kanu şəhərində Ramazan ayında oruc tutmayan və ümumu məkanlarda yemək yeyən səksən nəfəri həbs edib.

Nigeriya Şəriət Polisinin (Həsbə) sözçüsü Adamu Yəhya bu xəbəri təsdiq edərək deyib: Bütün həbs edilənlər orucunu ümumi məkanlarda yeyən müsəlmanlardır. Biz qeyri-müsəlmanları buna görə həbs etmirik.

O əlavə edib: Bu cinayətlə tutulanlar səbəb və bəhanə kimi xəstəlik və ya Ramazan ayının hilalını öz gözləri ilə görmədiklərini göstəriblər.

Həbs edilənlərdən iltizam alındıqdan sonra azad buraxılıblar. Əgər bir daha ümumi məkanlarda orucu pozmağa cəhd etsələr, mühakimə olunmaq üçün məhkəməyə göndəriləcəklər.

Qeyd edək ki, Nigeriyanın müsəlmanlar yaşayan ərazilərində 2000-cii ildən Həsbə adlanan şəriət məhkəməsi təşkil edilmişdir.

http://iqna.ir/fa/news/3814189

Ad:
E-poçt:
* Comment: