IQNA

13:04 - May 25, 2019
Xəbər sayı: 3485185
Fəzilətli Qədr gecəsinin təsadüf etdiyi gecələrdən biri olaraq Ramazan ayının 19-cu gecəsi İranda müsəlman əhali tərəfindən geniş formada qeyd olunub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Ramazan ayının 19-cu gecəsində məscidlər və müqəddəs məkanlara üz tutan insanlar Quran oxuyub və səhər çağına kimi Allaha dua etməklə məşğul olublar. 

Müqəddəs Məşhəd şəhərində İmam Rzanın(ə) məqbərəsi Qədr gecəsini bu məkanda qeyd etmək istəyən zəvvarlar ilə dolub, daşıb. 

Qum şəhərində də İmam Rzanın(ə) əziz bacısı xanım Məsumənin(s) habelə, Şiraz şəhərindəki Əhməd bin Musa Şahçıraq(ə) məqbərələri də oxşar mərasimlərin şahidi olub. 

Rəvayətə əsasən min aydan fəzilətli olan Qədr gecəsinin mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələrindən birinə təsadüf etdiyi bildirilir. 

Qədr gecəsi Quran-Kərimin nazil olduğu gecədir və Qədr gecəsində mələklər yerə nazil olurlar. Qədr gecəsində insanların birillik taleyi müəyyən edilir. 

Ramazan ayının 19-cu günü həm də şiələrin birinci imamı Həzrət Əlinin(ə) sübh namazı vaxtı məsciddə namaz qılmaqla məşğul olduğu zaman "Xəvaric" qrupundan İbn Mülcəm Muradi adlı şəxs tərəfindən zəhərli qılıncla başından zərbə aldığı gündür. 

İmam Əli(ə) aldığı bu yara nəticəsində 2 gün sonra Ramazan ayının 21-də şəhid olur. 

İran İslam Respublikasının Teleradio Təşkilatı mübarək Ramazan ayında və Qədr gecəsində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını arzu edir. 

Teqlər: Qədr gecəsi ، İran ، iqna ، Quran ، Müsəlman
Ad:
E-poçt:
* Comment: