IQNA

22:29 - May 25, 2019
Xəbər sayı: 3485191
Hizbullahın başkatibi 2000-ci ildə əldə edilən qələbəni bütün müqavimət qrupları və Livan ordusunun fədakarlıqlarının nəticəsi adlandıraraq, İran və Suriyanın da bu qələbədə paya malik olduqlarını dedi.

Müqavimətin Seyyidi hamını Qüds günü yürüşlərinə dəvət etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibi 2000-ci ildə əldə edilən qələbəni bütün müqavimət qrupları və Livan ordusunun fədakarlıqlarının nəticəsi adlandıraraq, İran və Suriyanın da bu qələbədə paya malik olduqlarını dedi.

Seyid Həsən Nəsrullah həmçinin dedi: Müqavimət və azadlıq günü Livan üçün tarixi və önəmli bir gün olaraq bəzi ərəb ölkələri və İsrailin hesablamalarını alt-üst etdi. 

Livan bu gün İsrail qarşısında zəif mövqeyə malik deyil. Əgər düşmən bizi neft və qazımızdan məhrum etməyə çalışarsa, biz də onlara bu iki sərvətə əl uzatmalarını qadağan edə bilərik. Livanlılar da fələstinlilər kimi fələstinlilərin Livanda məskunlaşdırılmasına qarşıdırlar və doğma torpaqlarına qayıtmaq haqqına təkid edirlər. 

Livan Hizbullahının baş katibi həmçinin Bəhreyn alimlərinin ABŞ-ın Bəhreyn iclasını boykot etmələrini yüksək qiymətləndirib. 

Seyyid Həsən Nəsrullah vurğuladı: Bütün xalqları Qüds günü yürüşlərində izdihamlı iştirak etməyə dəvət edirəm.

http://iqna.ir/fa/news/3814618

Teqlər: iqna ، hizbullah ، livan ، suriya
Ad:
E-poçt:
* Comment: