IQNA

Görmə qüsuru olanlar üçün elektron Quran nüsxəsi hazırlandı

10:20 - May 26, 2019
Xəbər sayı: 3485196
Qurani-Kərimin Brayl əlifbası ilə yazılmış elektron nüsxəsi tablet üzərində hazırlanıb. Bütün Quranı ehtiva edən bu tabletdə Brayl əlifbası ilə yazılmış həflər animasiyalıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sabq" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında elmi bir qrup və onlarla həmkarlıq edən bir sıra dünya universitetlərinin nümayəndələri ilk dəfə görmə qüsuru olanlar üçün Qurani-Kərimin "Brayl" əlifbası ilə yazılmış elektron nüsxəsini hazırladılar.

Qurani-Kərimin Brayl əlifbası ilə yazılmış elektron nüsxəsi tablet üzərində hazırlanıb. Bütün Quranı ehtiva edən bu tabletdə Brayl əlifbası ilə yazılmış həflər animasiyalıdır.

Bu elmi qrupun rəhbəri Dr. Məşəl Hişam Hərsay bu elektron Quran nüsxəsini xüsusi əlilliyi olan şəxslər üçün Mədinə şəhərində keçirilən Quran təlimi sərgisində nümayişə çıxaracaq.

Qeyd edək ki, Brayl əlifbası ilə çap edilmiş Quran nüsxələri çox həcmlidir və ən azı 6 cilddə hazırlanır, habelə hamı üçün əlçatanda deyil. Amma bu ixtira Quran qiraətini görmə qüsuru olan əlillər üçün çox sadələşdirdi və dünya səviyyəsində böyük uğur sayılır.    

http://iqna.ir/fa/news/3814395

captcha