IQNA

Kufə məscidi İslam dünyasının dörd böyük məscidindən biridir. Şiələr üçün Kəbə (Məscidul-Həram), Peyğəmbər (s) məscidi (Məscidun-Nəbi) və Əqsa məscidindən sonra ən əhəmiyyətli məsciddir. Bu məscid Nəcəf şəhərinin şimalında və 12 km-lik məsafəsində yerləşir. Rəvayətlərə görə bu məscidi Həzrət Adəm (ə) babamız təsis edib. Bəşər tarixi boyunca bir çox peyğəmbər və övliyaların ibadət yeri olmuşdur. Kufə məscidinin hazırkı divarının qonşuluğunda İmam Əlinin (ə) tarixi evi, Darul-İmarə, Meysəm Təmmarın qəbri, Müslim ibn Əqilin, Hani ibn Ürvənin və Muxtarın məzarı yerləşir.