IQNA

Finlandiyalı siyasətçi Quranı təhqir etdi

12:02 - May 27, 2019
Xəbər sayı: 3485200
Finlandiyalı bir siyasətçi Avropa parlamentinə üzvlük üçün seçkiqabağı təbliğat kompaniyasında müsəlmanların müqəddəs kitabına qarşı hörmətsizlik edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Finlandiyalı bir siyasətçi Avropa parlamentinə üzvlük üçün seçkiqabağı təbliğat kompaniyasında müsəlmanların müqəddəs kitabına qarşı hörmətsizlik edib.

Marko D Vayt adlanan bu şərəfsiz siyasətçi Avropanın doqquzuncu parlamenti seçkilərinə hazırlıq kompaniyası və təbliğat fəaliyyətləri çərçivəsində polisin və əhalinin gözü önündə Qurani-Kərimin vərəqlərini cıraraq yerə atıb.

Türkiyə Ümümdünya Ticarət Şurasının Avropa komitəsində təmsilçisi Yaqub Yılmaz Finlandiyalı siyasətçinin etdiyi cinayəti qınayaraq Finlandiya polisinin işə müdaxilə etməsini istəyib.

Yaqub Yılmaz deyib: Mən polisdən həmin siyasətçinin təhrikedici və nifrət yaradan cinayətinin qarşısını almasını istədim, amma polis buna əhəmiyyət vermədi.

O əlavə edib: Mən bu məsələnin dalınca gedəcəm və Finlandiyanın "Əvvəl Finlandiya Xalqı" partiyası rəhbərinin əleyhinə cinayət işi açdıracam.

Avropa Parlamentinin doqquzuncu seçkiləri üçün təbliğat kompaniyası keçən həftənin Cüməaxşamı günü (23 May 2019-cu il) 28 ölkənin iştirakı ilə başlayıb.    

http://iqna.ir/fa/news/3814992

captcha