IQNA

İranlı qari Türkiyə yarışlarında beşinci yeri qazandı

13:25 - May 28, 2019
Xəbər sayı: 3485207
Türkiyə cümhuriyyətinin 7-ci beynəlxalq Qurani-Kərim yarışlarının ilkin və final mərhələsi Quranın peşəkar qiraəti və hifzi üzrə May ayının 20-dən 24-dək İstambulun Çamlıca came məscidində keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin 7-ci beynəlxalq Qurani-Kərim yarışları Quranın peşəkar qiraəti və hifzi üzrə May ayının 20-dən 24-dək İstambulun Çamlıca came məscidində keçirilib.

Bu yarışlarda dünyanın 68 ölkəsindən 128 nəfər Qurani-Kərimin qiraəti və hifzi üzrə rəqabət aparıblar.

İran İslam Respublikasının Türkiyənin 7-ci beynəlxalq Qurani-Kərim yarışlarında təmsilçisi Müctəba Məhəmmədbəyi peşəkar qiraət ixtisası üzrə beşinci yeri əldə edib.

İraqın Şiə İslami Fondunun Milli Quran Mərkəzinin Türkiyə yarışlarına ezam etdiyi heyətin rəhbəri Ustad Əli Əbdüssəttar Xəfaci elan edib: Səyamsuri Firdövs (İndoneziya), Əbdürrəhman Buzan (Türkiyə), Əhməd Bəşir Abdullah Zərbiya (Liviya), Abdullah Züheyr Hüseyni (İraq) və Məhəmməd Müctəbabəyi (İran) qiraət yarışlarında ilk beş yeri paylaşıblar.   

http://iqna.ir/fa/news/3815037

Teqlər: türkiyə ، quran ، tilavət ، hifz ، iran ، İraq ، yarış
captcha