IQNA

Mavritaniyada beynəlxalq Quran yarışları başladı

16:10 - May 29, 2019
Xəbər sayı: 3485217
Qurani-Kərimin hifzi və təcvidi ixtisası üzrə paytaxt Nuakşotda keçirilən yarışlarda dünyanın on ölkəsi, o cümlədən Mərakeş, Tunis, Əlcəzayir, Senegal, Nigeriya, Mali, Türkiyə, Misr və Ərəbistan iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "essirage" informasiya portalına istinadla verdiyi xəbərə görə, Mavritaniyada "Prezident Mükafatı Beynəlxalq Quran Yarışları" dünən (həftənin ikinci günü, 28 May 2019-cu il) öz işinə başlayıb.

Qurani-Kərimin hifzi və təcvidi ixtisası üzrə paytaxt Nuakşotda keçirilən yarışlarda dünyanın on ölkəsi, o cümlədən Mərakeş, Tunis, Əlcəzayir, Senegal, Nigeriya, Mali, Türkiyə, Misr və Ərəbistan iştirak edir.

Mavritaniyanın İslami işlər və təhsil naziri Əhməd Vələd Əhli-Davud bu barədə deyib: Bu yarışarın hədəfi cavanları Quranı öyrənməyə təşviq etmək, cavanların zehnini zəhərli yad fikirlərdən qorumaq, İlahi kitaba xidmət, Quran maarifinin yayılması və İslam ümmətinin əlaqələrinin yaxşılaşdırılmasıdır.

O əlavə edib: Bu yarışlar nəticəsində İslam ümmətinin cavanları arasında qardaşlıq kökləri möhkəmlənir və həmçinin Quran hafizləri və müqəddəs kitabın xadimləri dəyərləndirilir.    

http://iqna.ir/fa/news/3815469

captcha