IQNA

İslami geyiminə görə İslam universitetindən çıxarıldı

23:07 - May 29, 2019
Xəbər sayı: 3485220
Universitet qızları məcbur edir ki, tələbələr üçün hazırlanmış xüsusi formanı geyinsinlər. Ağ köynək və qara yubkadan ibarət olan bu forma İslami hicaba uyğun deyil.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "moroccoworldnews"a istinadla verdiyi xəbərə görə, dini və humanitar fənlərin tədris olunduğu Özbəkistanın Beynəlxalq İslam Akademiyası hicablı tələbələri universitetə buraxmır.  

Universitet qızları məcbur edir ki, tələbələr üçün hazırlanmış xüsusi formanı geyinsinlər. Ağ köynək və qara yubkadan ibarət olan bu forma İslami hicaba uyğun deyil.

Özbəkistanın Beynəlxalq İslam Akademiyası indiyədək bu formaya riayət etməyən 9 hicablı tələbəni ixrac edib.

Qeyd edək ki, bu akademiyanın hətta Quran araşdırmaları fakültəsində oxuyan xanım tələbələrin də İslami geyimdən istifadə etmək hüquqları yoxdur.

Tələbələr və aiələləri universitetin bu İslama və dini hüquqlara zidd olan addımından məhkəməyə şikayət ediblər. Amma Özbəkistanın Ali Məhkəməsi akademiyanın lehinə rəy verib. Buna görə də tələbələr universitetdən beynəlxalq məhkəməyə şikayət edəcəklər.

http://iqna.ir/fa/news/3815624

captcha