IQNA

11:45 - June 04, 2019
Xəbər sayı: 3485265
"əl-Kövsər" peyk televiziya kanalının 12-ci beynəlxalq Quran qiraəti yarışlarının yarımfinal mərhələsi ötən gecə (3 İyun 2019) başa çatıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "əl-Kövsər" peyk televiziya kanalının 12-ci beynəlxalq Quran qiraəti yarışlarının yarımfinal mərhələsi ötən gecə (3 İyun 2019) başa çatıb.

Altı gecə davam edən yarımfinal mərhələsinin iştirakçıları arasından beş nəfər final mərhələsinə vəsiqə qazanıb.

"İnnə lil-müttəqinə məfaza" devizi ilə keçirilən televiziya Quran qiraəti yarışlarının final mərhələsində Fuda Şukavi (İran), Əhməd Seyyid Ğeytani (Misr), Fəllah Züleyf (İraq), Mösün Şücayi (Əfqanıstan) və Məhəmməd Məhəmmədi (Almaniya) yarışacaqlar.

Final mərhələsinin yarışları da əl-Kövsər peyk televiziya kanalı ilə birbaşa yayımlanacaq.  

Qeyd edək ki, "İnnə lil-müttəqinə məfaza" devizi ilə "əl-Kövsər" peyk kanalında keçirilən beynəlxalq Quran qiraəti yarışları dünyanın ən böyük canlı televiziya yarışıdır.     

http://iqna.ir/fa/news/3817166

 

Ad:
E-poçt:
* Comment: