IQNA

12:13 - June 08, 2019
Xəbər sayı: 3485291
Wall Street Journal qəzetində hərbi ekspertlərin və analitiklərin fikirlərini ehtiva edən maraqlı araşdırma dünya mediasının diqqətini çəkib. İranın Fars agentliyi bəzi nöqtələri araşdıraraq yayıb.

Wall Street Journal qəzetində hərbi ekspertlərin və analitiklərin fikirlərini ehtiva edən maraqlı araşdırma dünya mediasının diqqətini çəkib. İranın Fars agentliyi bəzi nöqtələri araşdıraraq yayıb. İsrail və Türk mediası da araşdırmanı dərc ediblər.

İslamazeri.com Yaxın Şərq Araşdırmalar Mərkəzinə istinadən xəbər verir ki, Wall Street Journal qəzetində Amerikalı bir hərbi rəsmi İranla müharibə başlayacağı təqdirdə baş verəcək problem və təhlükələri dilə gətirib.

Araşdırmanın sonunda Amerikalı hərbi ekspertin bu cümlələri diqqət çəkib: "Əgər məcbur olsaq həmən an hərəkətə keçə bilərik; ancaq əsas məsələ çox sayda narahat edən məsələlərdir. Görəsən biz səkkiz nöqtədə yüz balistik raketə qarşı duruş sərgiləyəcək vəziyyətdəyikmi?"

"Bu iddiaların birinə görə, amerikalılar may ayında iki həftə üstündə raketlər yerləşdirilmiş iki İran gəmisini izləyib. Qəzetin iddiasına görə iki gəmi bir müddət sonra İran limanlarından birinə geri döndü və raketləri boşaltdı. Qəzetin xəbərində yer alan bir digər nöqtədə bu iki gəmidəki İran gücləri Amerikalıların özlərini izlədiyini bilirdi.", - deyə Fars agentliyi Wall Street Journal-dan bəzi nöqtələrə diqqət çəkib.

Analizin digər yerində deyilir: "Bəzi Amerikalı rəsmilərin dediyinə görə, İrandan qaynaqlanan təhlükə bir ölçüdə azalmış olsa da, təhlükə hələ də mövcuddur. Onların bəzilərinə görə isə, İranın bu addımları müdafiə xarakterlidir; çünki İranlı rəsmilər, ABŞ-ın bir hücum planladığı ehtimalını dəyərləndirməliydilər."

Wall Street Journal bölgədəki ABŞ əsgərlərinin sayının artdığına diqqət çəkərək Amerikalı bir hərbi rəsmidən belə nəql edir: "Biz lazımi tədbirləri almağı düşünürük, amma bu, bizim olmaq istədiyimiz yer deyil."

Ancaq qəzetin əsas vurğu etdiyi mövzu Fars körfəzindəki ölkələrin bölgəsəl müharibədən uzaq durmaq istədiyidir. Qəzet Körfəz ölkələri rəsmilərinin Vaşinqtondan müharibədən uzaq durmasını istədiyini qeyd edir.

Qəzet adının açıqlamadığı bir Körfəz ölkəsi rəsmisinin "Biz insidentin azalmasını təşviq edirik. Heç kəs müharibə istəmir", - sözlərini də yazıb.

Bu arada Asia Times mövzu ilə bağlı Trampın bu məsələdən başıuca çıxmaq istədiyini qeyd edib. 

Asia Times Trampın birdən birə "İranla şərtsiz danışıq" istəməsinə diqqət çəkib. 

Xəbərə görə, "Məsələ tamamən Hörmüz Boğazı ilə bağlıdır. Hörmüz Boğazının bağlanması ilə dünya neftinin 20 faizini təmin edən İraq, Küveyt, Bəhreyn, Qətər, İran nefti və neft məhsullarını kəsilə bilər."

İran, Hörmüz Boğazını bağlaya bilərmi? Amerikanın 5-ci Flotu boğazın bağlanmasına müdaxilə edə bilərmi? - suallarıyla bağlı müzakirələr getdiyini qeyd edən Asia Times, ABŞ-lı bir mənbədən bunları nəql edib: "Bu mövzuda bir araşdırmanın nəticələri Trampın masasına qoyuldu. Bu durum Vaşinqtonda qorxu yaratdı. Bu araşdırma göstərdi ki, Hörmüz Boğazı hər hansı bir şəkildə bağlansa, İran, dünya iqtisadiyyatını poza biləcək bir güc qazanar."

Asia Times ekspertləri Trampın İran stradegiyası ilə bağlı isə "O, həqiqətən Pompeo və müşavirlərinin soxduğu durumdan çıxmaq üçün "başıuca" çıxış yolu axtarır. Vaşinqtonun bu durumdan çıxmaq üçün çox açıq bir şəkildə "başıuca çıxış"a ehtiyacı var. İran, müzakirə istəmir, amma ABŞ müzakirə üçün can atmaqdadır."

Asia Times Trampın İranın nüvə silahı hazırlamaq istəmədiyini, ABŞ-ın da bunu istədiyini qeyd edib (Red: ABŞ İranın nüvə silahına sahib olmasını istəmədiyini).

Qeyd edək ki, İran əvvəldən nüvə silahının hazırlanmasını haram olduğunu bildirir, ABŞ isə nüvə silahlarını bəhanə edərək balistik raketlərin istehsal və sahibliyinə görə, İrana təzyiq etmək istəyirdi.

Teqlər: iqna ، Wall Street ، ABŞ ، ABD ، İran ، İİR
Ad:
E-poçt:
* Comment: