IQNA

22:48 - June 08, 2019
Xəbər sayı: 3485293
İsrail 1967-ci il 5 iyun tarixində Misir cəbhəsinə qəfil hücumlar edərək, müharibə başlatdı. Sinay yarımadasındakı və Süveyş kanalı bölgəsindəki Misir hərbi bazalarına hava hücumları təşkil olundu.

İsrail rejimi qüvvələrinin İordan çayının qərb sahili, Şərqi Qüds, Qəzza zolağı, Sinay yarımadası və Colan təpələrini işğal etməzdən əvvəl 1967-ci ilin iyununda Misir, Suriya və İordaniya əsgərlərindən ibarət ərəb qüvvələrinə hücumu ən-Nəksə kimi anılır.

İsrail rejimi qüvvələri 1967-ci ilin 5 iyun tarixində Misir cəbhəsinə qəfil hücumlar təşkil edərək, müharibə başlatdı. Sinay yarımadasındakı və Süveyş kanalı bölgəsindəki Misir hərbi bazalarına hava hücumları təşkil olundu.

Bu hücumlar üç həftəlik gərginlikdə dönüş nöqtəsi oldu və İsrail rejimi ilə Misir, Suriya və İordaniya arasında geniş müharibəyə yol açdı. Müharibə zamanı ərəb qüvvələrinə İraq ordusu da dəsrək verdi.

İsrail rejimi ordusu Misir hərbi hava qüvvələrini məhv etdikdən sonra İordaniya və Suriya cəbhələrinə doğru istiqamətləndi. Bu arada İordaniya, Suriya və İraq hərbi hava qüvvələri Misir cəbhəsi üzərindəki təzyiqi yüngülləşdirmək məqsədilə yəhudi düşərgələrinə hücum təşkil etməyə başlamışdı.

5 iyunun sonunda Misir, Suriya və İordaniya hərbi hava qüvvələri tamamilə müharibədən kənarda qalmış, İsrail rejmi qüvvələri 1948-ci ildə işğal etdikləri torpaqlardan 4 dəfə böyük genişlikdə ərəb ərazisini işğal etmişdi.

Ərəb ordularının 1967-ci ilin iyunundakı müharibədə uğradığı ağır məğlubiyyət işğal altındakı Fələstin torpaqlarında köçə və yəhudilərin məskunlaşmasının artmasına səbəb oldu.

Ən-Nəksədən sonra Cəmal Əbdünnasirin rəhbərlik etdiyi ərəb millətçiliyinin ulduzu söndü və Fələstin silahlı müqavimət hərəkatı ortaya çıxmağa başladı.

Mənbə: Palinfo

Teqlər: iqna ، İsrail ، Fələstin ، Misr ، Nəksə ، Nikbə
Ad:
E-poçt:
* Comment: